Bakıda yol polisi piyadanı vurub öldürdü

Bakıda yol polisi piyadanı vurub öldürdü
Bakıda yol polisi əməkdaşı piyadanı avtomobillə vuraraq öldürüb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sosial şəbəkələrdə yeni il ərəfəsində Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində, 10 XX 955 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomaşınla vətəndaşın ölümü ilə nəticələnən avtoqəzanın baş verməsi və qəzanı törədən avtomobilin sürücüsü - polis baş serjantı İbrahimli Nicat Əfqan oğlunun hadisə yerindən qaçaraq gizlənməsi barədə məlumatlar yayılıb.

Həmin məlumatda iddia olunur ki, “Toyota Prado”nun sürücüsünün bu əməli, Nərimanov Rayon Polis İdarəsi tərəfindən ört-basdır olunur və bu barədə ictimaiyyətə heç bir məlumat verilmir:

“Bakı Şəhər Baş Polis İdarəsi olaraq bildirik ki, məlumatlar həqiqətə uyğun deyil. Dekabrın 28-də Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski – 99 ünvanında yerləşən “Ruslan” marketin qarşısında Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı İbrahimli Nicat Əfqan oğlu idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobillə yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurub.

Sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi “Nissan Sentra” markalı, 90 US 078 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəyib, nəticədə piyada Ədilə İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və hazırda hərtərəfli araşdırmalarla istintaq davam etdirilir".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Danışıqlar tezliklə başlanacaq
Danışıqlar tezliklə başlanacaq - İlham Əliyev
"Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir
İlham Əliyevin xeyir-duası ilə bizim...
İlham Əliyevin xeyir-duası ilə bizim... - Borisov
Biz çoxdandır ki, Bolqarıstanın qazlaşdırılması üçün iki variantın
Ermənistanda 10 gündən sonra qiyam olacaq
Ermənistanda 10 gündən sonra qiyam olacaq - VİDEO
Şirinyan qeyd edib ki, Ermənistanı bir sıra böyük fəlakətlər gözləyir:
reklam
Masallıda RƏZİLLİK!
Masallıda RƏZİLLİK! - 2 uşağını atıb evdən qaçdı
Valideynlərinin sözlərinə görə, Yeganə Məmmədova 2010-cu ildə həmin kənd
Azərbaycanda unikal anatomiya muzeyi:
Azərbaycanda unikal anatomiya muzeyi: - "Təpəgöz" uşaq, siyam əkizləri, insan külü - VİDEO
Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri
Telman İsmayılovu iflasa aparan yol
Telman İsmayılovu iflasa aparan yol
Telman Mərdan oğlu İsmayılov 1956-cı ildə Göyçayda yəhudi ailəsində
 
XİA.az - TƏQDİMAT
FAKT