Meşədə meyiti tapılan gəncin oğurluq zamanı öldüyü məlum olub

Meşədə meyiti tapılan gəncin oğurluq zamanı öldüyü məlum olub
Martın 3-də Şabran RPŞ-nə rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə tapılan gəncin elektrik vurması nəticəsində öldüyü məlum olub.

DİN Mətbuat Xidmətindən verilən xəbərə görə, Şabran RPŞ-in və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş istintaq əməliyyat tədbirləri ilə Elton Əzimovun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyənləşib.

Elton Əzimov yaxın qohumları Bəxtiyar Əzimov və Tərlan Əzimov ilə birlikdə qabaqcadan əlbir olaraq kustar üsulla hazırladıqları kəsici alətlə kənd ərazisindən keçən yüksək gərginlikli elektrik naqillərini kəsən zaman ehtiyatsızlıq nəticəsində elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Qohumları E.Əzimovun öldüyü görərək onu meşəlik ərazidə atıb gediblər.

Keçirilmiş tədbirlərlə hər iki şəxs polis tərəfindən tutularaq istintaqa təhvil verilib və rayon məhkəməsi tərəfindən barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Vaqif Vəliyev: Prezidentin diqqət və qayğısı teatr işçilərini yaradıcılığa daha da ruhlandırır
Vaqif Vəliyev: Prezidentin diqqət və qayğısı teatr işçilərini yaradıcılığa daha da ruhlandırır
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 1-də
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi uğurla davam edir
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi uğurla davam edir
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”
Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”
Müsahibəsi zamanı Koçaryan Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ
reklam
Azərbaycan və İtaliya önəmli tərəfdaşlardır
Azərbaycan və İtaliya önəmli tərəfdaşlardır
Martın 4-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə
Prezident Gəncəyə 11 milyon manat ayırdı
Prezident Gəncəyə 11 milyon manat ayırdı
Prezident İlham Əliyev “Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam
 
XİA.az - TƏQDİMAT