Gənc anadan dəhşətli cinayət: - Azyaşlı uşaqlarını boğaraq öldürdü, iki dəfə yandırdı, sonra...

Gənc anadan dəhşətli cinayət:
Bu gün bütün Rusiya Yelena Kərimova adlı qadından danışır.

Adıçəkilən qadın tətilə gedə bilmək üçün soyuqqanlılıqla 4 yaşlı qızı Cəmilə və 2 yaşlı oğlu Süleymanı qətlə yetirib.

Hadisə Rusiyanın Nijnıy Novqorod şəhərində yaşanıb.

May ayının əvvəli üçün isti ölkələrdən birində istirahət etmək məqsədilə tətil paketi alan Yelena uşaqlarını əlləri ilə boğaraq öldürüb. Daha sonra cəsədləri necə gizlədəcəyini bilməyib və onları yandırmağa qərar verib. Yelenanın çıxardığı yanğını söndürməyə gələn yanğınsöndürənlər mənzərə qarşısında şoka düşüblər. Təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətdə həbs edilən cani ana soyuqqanlı şəkildə uşaqlarına yaxşı gələcək qura bilmədiyi üçün onları öldürdüyünü etiraf edib.

5 il öncə evlənən və daha sonra boşanan Yelena uşaqlarını təkbaşına böyüdüb. Bir işdə davamlı olaraq işləyə bilməyən gənc qadın qohumlarının köməyi ilə uşaqlarına baxıb. O, cinayəti törətməzdən bir həftə öncə sosial mediada uşaqlarına sitayiş etdiyini yazıb.

Rusiya mətbuatında yayılan xəbərə görə, 50 000 rubl dəyərində tətil paketi alan qadın ölkəni tərk edərkən uşaqlarını qoyacaq yer tapa bilməyib. Buna görə də onları qətlə yetirib. Yeni bir həyata başlamağa qərar verən Yelena avtomobil kirayələyərək övladlarını şəhərdən kənara aparıb. Avtomobildə uşaqlarını boğaraq öldürən ana onları yandıraraq yox etmək istəyib. Ancaq meşədə yanğının yayılacağından qorxub və alovu söndürərək yarı yanmış cəsədləri Osinki kəndi yaxınlığındakı samanlığa aparıb. Üzərilərinə benzin tökərək cəsədləri ikinci dəfə yandırıb.

28 apreldə polislər tərəfindən bölməyə gətirilən Yelena etdiyi dəhşətli cinayəti gizlətməyib və tək bir göz yaşı tökmədən, soyuqqanlılıqla cinayətin təfərrüatlarını etiraf edib./publika.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
23 fevralda gözlənilən hava şəraiti
23 fevralda gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Fevralın 22-də ölkənin aparıcı kütləvi informasiya vasitələri
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin əhatə
reklam
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən
Goranboy Rayon Mədəniyyət Mərkəzində
Goranboy Rayon Mədəniyyət Mərkəzində "Xocalı faciəsi" ilə bağlı olaraq tədbir keçirilmişdir.
Tədbirdə rayon MKS-nin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəsm
Amerikanın azərbaycanlı iş adamı
Amerikanın azərbaycanlı iş adamı - Şuşadan Vaşinqtona gedən YOL...
Ağıllı, əzmkar, çalışqan gəncləri görəndə adamın ürəyi dağa dönür. Zarafat
 
XİA.az - TƏQDİMAT