Kafedə partlayışda yanan şəxslərdən biri xəstəxanada dünyasını dəyişdi

Kafedə partlayışda yanan şəxslərdən biri xəstəxanada dünyasını dəyişdi
Bakıda kafedə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada keçinib.
XIA.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib.

Baş həkim bildirib ki, hadisə nəticəsində bədən səthinin 100 faizi yanan, 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu mayın 22-də gecə saat 02:00 radələrində dünyasını dəyişib. Hazırda mərkəzdə müalicəsi davam etdirilən, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızının vəziyyəti isə ağır olaraq qalır. Hadisə nəticəsində qadının bədən səthinin 95 faizi yanıb.
Qeyd edək ki, mayın 21-də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan (10 kv.m hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya çatdırılmışdı.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT