FHN Şəmkir rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb

FHN Şəmkir rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkir rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.

XİA.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı dağlıq ərazidəki meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb və yanğın saat 18:25-də söndürülüb.

Yanğın nəticəsində 10 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb. Meşə zolağının qalan sahəsi yanğından mühafizə olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT