Ehtiyata buraxılan hərbi qulluqçuların Tərtər şəhərində yola salınması mərasimi keçirilib

 Ehtiyata buraxılan hərbi qulluqçuların Tərtər şəhərində yola salınması mərasimi keçirilib
“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2017-ci il tarixli sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir.
Tərtər şəhərində keçirilən təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini çatdırıb. Qeyd olunub ki, hazırda respublikanın bütün şəhər və rayonlarının çağırış məntəqələrində Vətən oğullarımız böyük həvəslə hərbi xidmətə yollanırlar. Xidmətini müvəffəqiyyətlə başa vuran gənclərimiz isə mənəvi və fiziki cəhətdən daha da möhkəmlənərək ordu sıralarından ehtiyata buraxılırlar.
Tərtər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ramiz Şabanov ehtiyata buraxılan gənclərə tərtərlilər adından uğurlar arzulayıb. Aprel döyüşlərinin şəhidi Nicat İsgəndərovun atası Bəhruz müəllim hər bir əsgərin timsalında oğlunu gördüyünü və onların tezliklə şəhidlərimizin intiqamını alacağına əminliyini bildirib.
Tərtər şəhər Cümə məscidi dini icmasının sədri Hacı Sadiq Vətən sevgisindən danışıb və ərazilərimizin müdafiəsində xüsusi fərqlənən oğullara mülki həyatda da Vətənə sədaqətlə xidmət edəcəklərinə inandığını deyib.
Birlik komandirinin müavini polkovnik-leytenant Babək Səmidli artıq hərbi hissəyə gənc əsgərlərin gəldiyini və onların ehtiyata buraxılan hərbçilərin varislik estafetini ləyaqətlə davam etdirəcəklərini qeyd edib.
Vaxtilə hərbi hissədə tabor komandiri kimi xidmət etmiş, müharibə veteranı Pənah Məmmədov Azərbaycan Ordusunun güc və qüdrətindən bütün xalqımız kimi tərtərlilərin də böyük qürur duyduğunu vurğulayıb və hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bəyan edib.
Ehtiyata buraxılan hərbi qulluqçular adından əsgər Vaqif Qarayev silah, dəmir dəbilqə və zirehli gödəkçəsini estafet rəmzi olaraq gənc əsgər Xəyyam Quluzadəyə təqdim edib. Gənc əsgər bu estafeti şərəflə davam etdirəcəyinə və xalqımıza böyük qələbə sevincini yaşadacaqlarına and içib.
Əsgərlərə hədiyyələr və fəxri fərmanlar təqdim edildikdən sonra mərasim Tərtər rayon mədəniyyət işçilərinin təşkil etdiyi mədəni-kütləvi proqramla davam edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT