Müdafiə naziri şəxsi heyətlə iş üzrə zabitlər ilə görüşüb

Müdafiə naziri şəxsi heyətlə iş üzrə zabitlər ilə görüşüb
Yanvarın 8-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqlarla keçirilən təlim-metodiki toplantıya cəlb olunan heyətlə görüşüb.
Birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Müdafiə naziri 2017-ci ildə döyüş və mənəvi-psixoloji hazırlıq sahəsində görülən fəaliyyətlərin təhlilini apararaq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
Cari tədris dövründə bu istiqamətdə müəyyən edilmiş prioritetlər barədə danışan Müdafiə naziri hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi kollektivlərdə sağlam rəqabət atmosferinin inkişaf etdirilməsi, əsgər və zabitlərin şəxsi xüsusiyyətləri nəzərə alınmaqla fərdi tərbiyə işinin planlı şəkildə həyata keçirilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
General-polkovnik Z.Həsənov qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT