NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasında Azərbaycan sülhməramlılarının sayı artırılıb VİDEO - VİDEO

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasında Azərbaycan sülhməramlılarının sayı artırılıb   VİDEO
NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun 70 nəfər sülhməramlısı yanvarın 9-da plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Bu ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini nəzərə alaraq NATO Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında qüvvələrin sayının artırılması ilə bağlı Alyansa üzv olan və tərəfdaş ölkələrə müraciət etmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 23 noyabr 2017-ci il tarixində NATO-nun Brüssel şəhərindəki mənzil qərargahındakı çıxışı zamanı 2018-ci ildən etibarən Azərbaycan sülhməramlılarının sayının artırılacağı barədə bəyanat vermişdir.
Bu məqsədlə Milli Məclis 29 dekabr 2017-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərara dəyişikliklər edib.
Azərbaycan sülhməramlı kontingentin sayının artırılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilib.
Beləliklə, beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə 2018-ci ildən etibarən “Qətiyyətli Dəstək” missiyasının müxtəlif qərargahlarında 6 Azərbaycan zabiti, eləcə də 2 hərbi həkim olmaqla sülhməramlılarımızın sayı ümumilikdə 94-dən 120 nəfərədək artırılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Suriyadan şok açıqlama:
Suriyadan şok açıqlama: - Türkiyəni dərhal vuracağıq
Nazir müavini həmçinin türk qırıcılarının Suriyada əməliyyata başlayacağı
İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100
Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?
Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?
Qazaxıstan prezidentinin ABŞ-a səfəri əsnasında Vaşinqton-Moskva
reklam
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşdı
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,21 dollar və ya 0,30%
Ermənilər  mövqelərimizi 126 dəfə atəşə tutub
Ermənilər mövqelərimizi 126 dəfə atəşə tutub
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan
 
XİA.az - TƏQDİMAT
FAKT