Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin görüşü keçirilib.
Əvvəlcə nümayəndə heyətləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin ərazisində Ulu Öndərin şərəfinə ucaldılan abidənin önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov qonaqları salamlayaraq bu görüşün əhəmiyyətindən danışıb. O, bu cür görüşlərin hərbi təhsil müəssisələrinin zabit-müəllim heyətləri arasında dostluğun daha da möhkəmləndirilməsinə, eləcə də hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələr üzrə əlaqələrin genişləndirilməsinə mühüm təkan verəcəyinə əminliyini bildirib.
Bu görüşün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirən Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi briqada generalı İsmayıl Güzeller və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru polkovnik Zaza Caparidze vurğulayıblar ki, bu cür tədbirlərin keçirilməsi hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcəkdir.
Tərəflər gələcəkdə də bu cür görüşlərin davamlı olmasını, daha geniş formatda keçirilməsini arzulayıb, hər zaman qardaş dövlətlərin müsbət təcrübələrindən öyrənməyə, onlarla birgə işləməyə hazır olduqlarını və bundan böyük qürur hissi keçirdiklərini ifadə ediblər.
Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin və Gürcüstan Milli Müdafiə Akademiyasının yaranma tarixi, onların keçdikləri inkişaf mərhələləri, təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunub.
Qonaqlar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin trenajor zalında, siniflərdə və zirehli texnika anbarında olub, təhsil ocağındakı tədris prosesi ilə yaxından maraqlanıblar.
Sonda görüşün yekunlarına dair birgə protokol imzalanıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT