“Azərbaycan təmas xəttinə böyük sayda qüvvə yığıb, yazda, ya da yayda...” - erməni hərbi ekspert

“Azərbaycan təmas xəttinə böyük sayda qüvvə yığıb, yazda, ya da yayda...”

“Hər şey ona doğru gedir ki, bu ilin yazında və ya yayda, hava şəraiti imkan verəndə Bakı Qarabağda tammiqyaslı müharibəyə başlayacaq”.

Virtualaz.org xəbər verir ki, belə narahatlıqla erməni hərbi ekspert Van Ambarsumyan news.am-a açıqlamasında çıxış edib. Onun iddiasına görə, 2018-ci ilin aprelindən bəri Azərbaycan təmas xəttinə quru qoşunlarını cəmləşdirib.

“Durmadan belə xəbərlər daxil olurdu ki, Azərbaycan Silahlı Qüvvələri təmas xəttinə quru qoşunlarının hərbi texnikasını, yedəyə alınan artilleriyadan tutmuş özüyeriyən artilleriya qurğularına, reaktiv yaylım atəşi sistemlərinə, piyadaların döyüş maşınlarına, zirehli transportyorlara və əsas döyüş tanklarına qədər, irəli çəkib. Böyük miqdarda qüvvə cəmləyiblər. Bu qoşunları indiyə qədər mövqelərdən geri çəkilməyib. Yəni onlar ön xətdən daimi dislokasiya yerlərinə qayıtmayıblar”-Ambarsumyan belə deyib.

Ekspert onu da əlavə edib ki, bu günlərdə Ermənistanın Tavuş vilayəti ilə sərhəddən Azərbaycan ordusunun bir briqadasını geri çəkiblər və onun yerinə sərhəd qoşunlarını yerləşdiriblər. Həmin briqada isə Ambarsumyanın iddiasına görə, Qarabağ istiqamətinə “atılıb”. Azərbaycan ordusunun həmin istiqamətdə hücum potensialını möhkəmləndirmək üçün.

“Öz gücünə görə Azərbaycanın sərhəd qoşunları balaca müdafiə nazirliyini xatırladır, ordu içərisində ordudur. Qoşunların bu növünün silahlanmasında hücum texnikası yer almır, əsasən müdafiə təyinatlı texnikaya malikdir, 24 Mi-35M zərbə-döyüş vertolyotu istisna olmaqla”-Ambarsumyan bildirib.

Erməni hərbi ekspert habelə Azərbaycan prezidenti İlham Əliyevin 2019-cu ilin Qarabağ məsələsinin nizamlanmasında dönüş ili ola biləcəyinə dair bəyanatını da xatırladıb. Deyib ki, belə bəyanatla xarici işlər naziri də çıxış etmişdi. Və Ambarsumyanın fikrincə bütün bunlar 2019-cu ildə Qarabağda kifayət qədər ciddi kəskinləşmə ola biləcəyini göstərir.

Ambarsumyan hesab edir ki, potensial hərbi əməliyyatlar bölgəsinin relyefi mürəkkəb olduğudan bəzi yerlərdə hərbi texnikanın nəinki qış aylarında, o cümlədən yazda hərəkəri çətindir.Bu isə hücum edən ordu üçün problem yarada bilər.

“Mən düşünürəm ki, ciddi kəskinləşmə yayın sonlarına doğru başlayacaq. Qışda döyüşmək asan deyil. Bütün texnika dizel yanacağı ilə işləyir, yanacağı qışda gündə azı iki dəfə qızdırmaq lazımdır...”-o bildirib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
reklam
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
 
XİA.az - TƏQDİMAT