“Ehtiyat zabit hazırlığı kursu”na psixoloqlar da qəbul olunur

“Ehtiyat zabit hazırlığı kursu”na psixoloqlar da qəbul olunur
Martın 4-dən Müdafiə Nazirliyinin hərbi hissələrində həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən, müddətli həqiqi hərbi xidməti başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlardan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasında sənəd qəbulu başlayıb.
Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələri müəyyən edilmiş vətəndaşlar fiziki hazırlıq, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanlara buraxılacaq.
Hərbi hissələrdə vakant hərbi psixoloq vəzifələrinə təyin olunmaq məqsədilə psixoloq ali təhsili olan vətəndaşlara da kursa müraciət etmələri təklif olunur.
Kursu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul martın 27-dək davam edəcək.
Müraciət etmə ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi).

Əlaqə telefonu: (012) 538-85-62
Martın 4-dən 27-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 17.00-dək qəbul komissiyasına müraciət etmək olar.
Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT