Zakir Həsənov cəbhədə erməniləri izlədi

Zakir Həsənov cəbhədə erməniləri izlədi
Zakir Həsənov cəbhə bölgəsində
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə. ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, mühəndis-istehkam qurğularının hazırlığı və təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti və sosial-məişət şəraiti ilə tanış olub.

Müdafiə naziri düşmənlə təmas xəttində yerləşən bölmələrdə qarşı tərəfi müşahidə edib. Ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl növbəti polkovnik hərbi rütbəsi təqdim olunub.

Aprel döyüşlərində fərqlənən hərbi qulluqçularla görüşən Müdafiə naziri onlara qiymətli hədiyyələr təqdim edib və onlarla çay süfrəsi arxasında söhbət aparıb.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.
Zakir Həsənov cəbhədə erməniləri izlədi
Zakir Həsənov cəbhədə erməniləri izlədi

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub.
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 17-ə olan USD/AZN məzənnəsini
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
2017-ci ilin iki həftəsi ərazisində ölkədə intihar edənlərin statistikası
reklam
Cəbhədə silahlar susmur
Cəbhədə silahlar susmur
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Füzuli rayonunun
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə,
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Hadisə Tonqariro Milli Parkında baş verib. Avtobusda 14 turist və sürücü
 
XİA.az - TƏQDİMAT