Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən üç hərbi hissəsində yeni yaşayış kompleksləri istifadəyə verilib

Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən üç hərbi hissəsində yeni yaşayış kompleksləri istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi, hava məkanımızın müdafiəsinin gücləndirilməsi və şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Müdafiə Naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən üç hərbi hissəsinin ərazisində yeni istifadəyə verilmiş yaşayış komplekslərinin açılışında iştirak edib.
Müdafiə Nazirliyinin rəhbərliyi ərazilərdəki hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, eləcə də yeni istifadəyə verilən qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, qazanxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlara baxış keçirib.
Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin gündəlik xidmətinin təşkilinə effektiv təsir göstərəcək, habelə hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş hazırlığı və döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılmasını təmin edəcək.
Hərbi hissələrin komandir və şəxsi heyəti ilə görüşən nazir müvafiq tapşırıqlar verib.
***
Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov tikintisi davam edən bir neçə hərbi obyektdə olub və inşaat işlərinin gedişini yoxlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tikinti işlərinin keyfiyyəti ilə maraqlanan Müdafiə naziri müvafiq göstərişlər verib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dollar sürətlə bahalaşır
Dollar sürətlə bahalaşır - HƏRRAC
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə
reklam
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir
Krımda azərbaycanlı iş adamı həbs olunub
Krımda azərbaycanlı iş adamı həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində
 
XİA.az - TƏQDİMAT