Müdafiə naziri Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə görüşüb.
Tərəflər 2017-ci ilin yanvar ayından etibarən NATO-nun Azərbaycandakı təmsilçiliyinin Rumıniyanın ölkəmizdəki səfirliyindən Macarıstanın Bakıdakı səfirliyinə keçməsini və gələcək fəaliyyət imkanlarını ətraflı müzakirə ediblər.
Bundan əlavə, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf dinamikası, hərbi əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.
Müdafiə naziri diplomata Azərbaycanın NATO, eləcə də Macarıstanla əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Səfir də öz növbəsində Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dövlətlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfəri başa çatıb.
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub - FOTO
Ötən gün ölkə ərazisində anormal külək olub. Küləyin güclü olması
818 min dollarlıq dələduzluq
818 min dollarlıq dələduzluq
XİA.az xəbər verir ki, 55 yaşlı E.Ramazanov hüquq-mühafizə orqanlarına
reklam
Zərərçəkən:
Zərərçəkən: "Akif Çovdarov məni döyməklə və həbslə hədələyib" - YENİLƏNİB
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran miqyaslı hərbi-dəniz qüvvələri təlimləri çərçivəsində yeni “Nasr”
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtı Moqadişoda güclü partlayış olub. Hadisənin səbəbləri
 
XİA.az - TƏQDİMAT