Cəbhəboyu zonada yeni hərbi şəhərcik istifadəyə verilib - VİDEO

Cəbhəboyu zonada yeni hərbi şəhərcik istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi kompleksin açılışı olub.
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi şəhərciyin ərazisindəki qərargah, döyüş texnikası saxlancları, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq əldə edilən uğurlardan danışıb, döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.
Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Mingəçevirdə “Makarov”la gəzən şəxs saxlanılıb
Mingəçevirdə “Makarov”la gəzən şəxs saxlanılıb - FOTO
Mingəçevir şəhərində silahlı şəxs tutulub. Xia.az Report-a istinadən
Trampın andiçmə mərasimi öncəsi Vaşinqtonda hotellərin qiyməti bahalaşıb
Trampın andiçmə mərasimi öncəsi Vaşinqtonda hotellərin qiyməti bahalaşıb
ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi öncəsi
İsveçrədə Türkiyə baş konsulluğuna hücum olub
İsveçrədə Türkiyə baş konsulluğuna hücum olub
Xia.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sürix şəhər polisinin
reklam
Neftin qiyməti açıqlandı
Neftin qiyməti açıqlandı
Dünya bazarlarında neftin qiyməti bahalaşıb. Bu barədə Xia.az London və
Poroşenko: Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq
Poroşenko: Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq
Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ
İtaliyada zəlzələ baş verib:
İtaliyada zəlzələ baş verib: - Ölən və itkin düşənlər var
İtaliyada baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, daha bir nəfər
 
XİA.az - TƏQDİMAT