HHQ-nin aviabazasında yeni yaşayış binası istifadəyə verildi - foto

HHQ-nin aviabazasında yeni yaşayış binası istifadəyə verildi
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən, Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən növbəti yaşayış binasının yanvarın 6-da açılışı həyata keçirilib.

Bu barədə Xia.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.

Nazir bildirib ki, yeni binaların istifadəyə verilməsi hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsidir. Bu, ümumilikdə Silahlı Qüvvələrdə şəxsi heyətin mənzil təminatının yüksəldilməsi istiqamətində icra olunan kompleks tədbirlərin davamıdır.

Dövlətin qayğısı nəticəsində son illərdə mindən çox hərbi qulluqçunun daimi mənzillə, 1400-dək hərbi qulluqçunun isə xidməti mənzillə təmin olunduğu və bu işlərin cari ildə də davam etdiriləcəyi diqqətə çatdırılıb.

Müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri və avadanlığın alınaraq silahlanmaya daxil edilməsini xatırladan general-polkovnik Z.Həsənov görülən kompleks tədbirlərin ölkə başçısının Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsi olduğunu xüsusi qeyd edib.

Yeni tikili ilə tanışlıq zamanı məlumat verilib ki, beşmərtəbəli, 50 mənzilli bina tam təmirli üçotaqlı mənzillərdən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında onlarla söhbət edib.
HHQ-nin aviabazasında yeni yaşayış binası istifadəyə verildi
HHQ-nin aviabazasında yeni yaşayış binası istifadəyə verildi
HHQ-nin aviabazasında yeni yaşayış binası istifadəyə verildi
HHQ-nin aviabazasında yeni yaşayış binası istifadəyə verildi

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib - EKSKLÜZİV
"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanıb və bu siyasət
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 Yanvar - Ümumxalq Hüzn Günü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi
reklam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar nazirlik tərəfindən 20 Yanvar
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə
 
XİA.az - TƏQDİMAT