Ulu öndər Heydər Əliyev müstəqilliyimizin əbədiyyət, xilaskarlıq simvoludur..

Ulu öndər Heydər Əliyev dühası, zəkası, siyasəti, təcrübəsi ilə dövlət müstəqilliyini əbədiləşdirdi..

Ulu öndər Heydər Əliyev müstəqilliyimizin əbədiyyət, xilaskarlıq simvoludur..
Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa bu yalnız ulu öndər Heydər Əliyevin, ONUN layiqli davamçısı Prezident İlham Əliyevin gərgin zəhmətinin bəhrəsidir.

Tarixin zaman adlı hakiminin ədalətli hökmü insanlar kimi ölkələrin, dövlətlərin taleyində də söz sahibidir. 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlməklə Azərbaycanı inkişaf yoluna çıxaran, 22 iyul 1990-cı ildə Moskvadan vətəni Azərbaycana dönən ulu öndər Heydər Əliyev xalqı arxasınca apararaq müstəqilliyimizin əbədi qarantı olduğunu misilsiz xidmətləri ilə təsdiqlədi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azəbaycanda yenidən hakimiyyətə qayıtmaqla müstəqilliyimizin əbədi qarantı kimi tarixə imza atdı.
İlham Əliyev: “Heydər Əliyev özünü vətənpərvər, cəsarətli insan kimi bir daha 1990-cı ilin yanvar ayında göstərmişdir. O günlər mənim yaxşı xatirimdədir. Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi, günahsız insanlar qətlə yetirilmişdi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətmişdi. Yüzlərlə insan həlak olmuş, yaralanmış, itkin düşmüşdü. Bu, böyük cinayət idi. Ancaq əfsuslar olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi bu barədə öz etiraz səsini qaldırmamışdı. Yenə də xalqın yeganə ümid yeri Heydər Əliyev idi. O vaxt Heydər Əliyev pensiyada idi, fəal işlərlə məşğul olmurdu. O vaxt ona qarşı həm sovet rəhbərliyi, həm də Azərbaycanda vəzifədə olanlar tərəfindən çirkin kampaniya aparılırdı. O vaxt da “beşinci kalon”” var idi və onlar anonim məktublar, donoslar yazaraq onun əleyhinə iş aparırdılar. Bu gün donoslar başqa yerlərə ünvanlanır, o vaxt Moskvaya yazılırdı. 1990-cı il yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz etiraz səsini bütün dünyaya çatdırdı. Fəxr edirəm və çox xoşbəxtəm ki, mən də o gün onunla bərabər orada idim... O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kim təsəvvür edə bilməzdi ki, Sovet İttifaqı dağıla bilər. Yəni, bu addım, bu vətənpərvərlik nümunəsi bir daha göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır və o, nə qədər cəsarətli, ədalətli şəxsiyyətdir. Təbii olaraq, təcrübəli siyasi xadim kimi o, dərk edirdi ki, bundan sonra ona qarşı böyük təzyiqlər başlayacaq, onun həyatına təhlükə ola bilər, belə də oldu. Əgər o, Moskvada bir qədər çox qalsaydı həbs olunacaqdı. O, Azərbaycana üz tutdu, Bakıya gəldi. Ancaq Bakıdakı o vaxtkı rəhbərlik imkan vermədi ki, o, öz doğma vətənində yaşasın və məcbur olub doğulduğu yerə - Naxçıvana üz tutdu. Naxçıvanda insanlar onu çox böyük coşqu ilə qarşılamışdılar.”
18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Müstəqilliyin əbədiliyi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Hələ Naxçıvanda Ali Məclisin sədri olarkən xalqın illərdən bəri arzusunda olduğu azadlığın əvəzedilməz nailiyyət olduğunu müdrikliyi və dövlətçilik təcrübəsi ilə dərk edən ulu öndər Heydər Əliyev tarixi xidmətləri ilə müstəqilliyimizin əbədiliyinin qarantı missiyasını gerçəkləşdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarını bərpa etdi. Dünya Azərbaycanlılarının həmrəylik günü təsis olundu. Muxtar respublikada ilk dəfə həyata keçirdiyi özəlləşdirmə siyasətini Azərbaycanın bütün bölgələrində tətbiq edən Heydər Əliyev inkişaf strategiyasının bazar iqtisadiyyatı yolu ilə mümkünlüyünü həyata keçirdiyi islahatları ilə təsdiqlədi. Bununla da planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidin ilk cığırlarını açaraq Azərbaycanın dünyaya inteqrasiyasını gerçəkləşdirdi.
Müstəqilliyimizin təhlükə altında olduğu o ağır illərdə ulu öndərin fədakarlığını, xalqın azadlığı naminə üzərinə götürdüyü öhdəliyə məsuliyyət və vətəndaş yanğısı ilə yanaşdığını xatırlayan Prezident İlham Əliyev vurğulayır ki, yaxın tarixdə baş verən hadisələr Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılıb: “ Ulu öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün bizə imkan yaratdı. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlandırılırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet, sosialist”” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni, bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür.”
Müstəqil, tarazlı, cəsarətli siyasət yeridərək ÖZÜNÜN qeyd etdiyi kimi ömrünü Azərbaycan xalqının gələcəyinə həsr etdi. İlk addım kimi Azərbaycanda sabitlik, nizami ordu yaradan, müstəqilliyin əbədiliyini təmin edən, daxili çəkişmələrə, hakmiyyət uğrunda mübarizələrə son qoyan Heydər Əliyev ərazi bütövlüyümüzün təminatı üçün də misilsiz xidmətlər göstərərək atəşkəs barədə müqavilə imzaladı. Heydər Əliyevin dünya siyasətçiləri arasında artan şəxsi nüfuzunun nəticəsində “Əsrin müqaviləsi” imzalandı. BTC, BTƏ neft-qaz kəmərlərinin davamı olan TANAP, TAP, “Cənub” qaz dəhlizi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının məntiqi nəticəsi, Prezident İlham Əliyev qətiyyətinin ifadəsidir.
“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.” Ümummilli lider Heydər Əliyevin müdrikliklə söylədiyi bu sözlər artıq reallaşıb. “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” söyləyən ulu öndər vurğulayırdı ki, hər bir qurtuluşun əsasını milli azadlıq təşkil edir. Ümummilli lider Heydər Əliyev “Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə , onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləməklə hər bir xalqın suverenliyinin onun tarixi qələbəsi olduğunu müdrikliyi ilə təsdiqlədi.
3 oktyabr 1993-cü ildə xalqın etimadı ilə prezident seçilən ulu öndər Heydər Əliyev andiçmə mərasimində taleyüklü problemlərlə əhatə olunan Azərbaycanın əbədi qarantı olacağını inamla bildirərək vurğulayırdı ki, dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu, dövlət atributlarını yaratmaq və inkişaf etdirməklə vətəndaşların rifahının yaxşılaşdırılmasını fəaliyyətinin əsas prinsipləri kimi diqqətdə saxlayacaq. Ulu öndər, müdrik siyasətçi yaxşı bilirdi ki, dövlət müstəqilliyini qorumaq, demokratiyanı inkişaf etdirmək ölkənin bazar iqtisadiyyatı yolu ilə tərəqqisinə nail olmaq üçün ilk növbədə müstəqilliyin əbədiliyi təmin olunmalıdır.
Tarix göstərdi ki, qarşıya qoyulan vəzifələrə nail olmaq üçün yorulmadan çalışan, siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən ulu öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli- mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. Həyatının mənasını Azərbaycanın iqtisadi və intellektual potensialını xalqının xoşbəxt və firavan yaşamasına yönəldən ulu öndər tarixi şəxsiyyət kimi tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapırdı. Bu bir həqiqətdir ki, zəruri, mükəmməl, qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə konkret fəaliyyət proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq, sivilizisiyaların dialoq bölgəsinə çevrilmişdir.
“Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət- ənənələrimizdin ayrıla bilmərik və imtina edə bilmərik” söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratiya yolu ilə inkişafını gələcək üçün təminat hesab edərək fəaliyətinin bütün dövrlərində əsas dayağı kimi xalqa arxalanırdı. Ulu öndərin mövqeyi belə idi: Azərbaycandakı bütün prosesləri xalqın istəyinə uyğun istiqamətləndirmək.
Siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən ulu öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli- mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. Həyatının mənasını Azərbaycanın iqtisadi və intellektual potensialını xalqının xoşbəxt və firavan yaşamasına yönəldən ulu öndər tarixi şəxsiyyət kimi tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapırdı. Bu bir həqiqətdir ki, zəruri, mükəmməl, qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə konkret fəaliyyət proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq, sivilizisiyaların dialoq bölgəsinə çevrilmişdir.
Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa bu yalnız ulu öndər Heydər Əliyevin, ONUN layiqli davamçısı Prezident İlham Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Həyatın mənası insanın çox, yaxud az yaşamasından ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyni müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.
Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli yol, siyasi irsi onun əbədiyaşar LİDER adını qazandığını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi son illərin təcrübəsi, eyni zamanda, müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir: “Ancaq müstəqil Azərbaycan bu uğurlara nail ola bilmişdir. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz bu nailiyyətlərə çata bilmişik. Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək.”
Birliyimiz..dövlətə sadəqətimiz gələcəyimizin təminatçısıdır.


Vəkil Rövşən Qasimov
Lənkəranlı

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT