YENİ AZƏRBAYCAN PARTİYASI..AZƏRBAYCAN XALQININ PARTİYASIDIR

YENİ AZƏRBAYCAN PARTİYASI..AZƏRBAYCAN XALQININ PARTİYASIDIR

Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılması tarixi şəraitin diqtəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləmişdir:Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.
“Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaratmışdır”.
21 noyabr 1992-ci il ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür.Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, indiki bəzi müxalifət partiyalarından fərqli olaraq, Azərbaycan dövlətçiliyinə, milli maraqlara müxalifətdə deyildi. Yeni Azərbaycan Partiyası o vaxtkı iqtidara müxalifətdə olmuşdur, çünki bütün Azərbaycan xalqı o dövrdə ölkəni təhlükəli həddə çatdıran iqtidara müxalifətdə idi. Ona görə bu gün özlərini insan hüquqlarının müdafiəçiləri, azadlıq, demokratiya carçıları adlandıran o zamankı məlum iqtidar nümayəndələri Ulu öndər Heydər Əliyevin adı ilə bağlı bir partiyanın yaranmasından və bütün Azərbaycanda sürətlə təşkilatlanmasından hədsiz qorxuya düşmüşdülər. Xalqın Heydər Əliyevin zəkasına, idarəçilik qabiliyyətinə, müdrikliyinə olan inamı, bu partiyanın çox tezliklə milyonların partiyasına çevriləcəyinə heç bir şübhə yeri qoymurdu. Məhz bu reallıq o dövrki səriştəsiz rəhbərliyi qane etmirdi və öz hakimiyyətlərini qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə edərək Yeni Azərbaycan Partiyasının təşkilatlanmasına maneçiliklər törətməyə çalışırdılar. Lakin o zamankı hakimiyyət dairələrinin yaratdığı əngəllər, əsassız təzyiqləri bu yola qədəm qoyan insanların əzmini və iradəsini qıra bilmədi. Respublikanın ən ucqar dağ kəndlərində belə Yeni Azərbaycan Partiyasının yaranması xəbərini eşidən sadə əmək adamları, bütün ziyalılar Heydər Əliyevin yenidən siyasət meydanına qayıtmasını böyük ruh yüksəkliyi ilə qarşılayırdılar.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalilarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.
Bilirik ki, Dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. Bir-birini sürətlə əvəzləyən müvəqqəti iqtidarların şəristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdir.
1992-ci ildə Xalq Cəhbəsi hakimiyyətə gəldi. AXC-Müsavat cütlüyünün hakimiyyəti özünün bədnam idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini, qürurlu millət kimi yaşamağa inamını öldürmüşdü. Meydanın boş olduğunu görən erməni təcavüzkarları işğalçılıq siyasətini daha da gücləndirmiş, respublikanın ayrı-ayrı bölgələrində qanunsuz silahlı birləşmələr cövlan etməyə başlamışdı. Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi.Həmin vaxtlarda Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə olan münasibətləri korlanmış və respublika beynəlxalq aləmdə təklənmişdi. Məhz belə bir faciəli vəziyyətdə xalqı təlaşdan çıxarmaga,onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin —partiyanın yaranması zamanın tələbi idi. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müsteqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş ve 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdırarq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.Partiyamızın keçdiyi 25 illik şərəfli yol yüz minlərlə insanı ətrafında birləşdirən, sayı 700 min nəfəri ötən partiyanın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin siyasi tarixində əlahiddə hadisə kimi səciyyələnir. Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında və bu böyük şəxsiyyətin ətrafında birləşən insanların fəal iştirakı ilə yaranmışdır. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi böhran və fəlakət xalqın sabaha olan ümidlərini demək olar ki, qırmışdı. Ermənilərin Qarabağdan başladıqları işğalçılıq siyasəti, ittifaq rəhbərliyinin antiazərbaycan mövqeyi daha acınacaqlı nəticələrlə - respublika başçılarının öz millətinə qarşı xəyanətkar münasibəti ilə davam etdirilirdi.
1990-cı illərin əvvəllərində və dövlət müstəqilliyi qazanıldıqdan sonra yaranan bəzi partiyalar isə ölkəni ağır iqtisadi və siyasi böhrandan nəinki qurtara bilmədilər, əksinə, vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Onların anormal idarəetmə metodu daxili situasiyanı gərginləşdirməklə yanaşı, gələcək perspektivləri də ciddi təhlükə altına salmışdı. Naşı rəhbərlik və onların yarıtmaz idarəçiliyi nəticəsində yaranan xaos, parçalanma, dövlətin məhvi kimi problemlər AXC-Müsavat iqtidarının ilk günlərindən etibarən Azərbaycanda yeni siyasi gücə böyük ehtiyac yaratmışdı. Artıq hədəf də, istinadgah da xalqın nəzərində çoxdan müəyyənləşmişdi: Böyük dövlət xadimi Heydər Əliyev. Məhz ona görə də Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında birləşdilər.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən təəssübkeş qrupların 550-dən artıq nümayəndəsinin iştirak etdiyi möhtəşəm tədbir soyuq qış günündə, zaldakı sərt hava şəraitində baş tutdu. Konfransda Ulu öndər Heydər Əliyev yeni yaranan partiyanın əsas məqsəd və vəzifələrini, bu partiyanı digər təşkilatlardan fərqləndirəcək xüsusiyyətləri izah etdi, hər bir partiya üzvünün qarşısında dayanan vəzifəni müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvünün borcu dövlətin ərazi bütövlüyünü, müstəqilliyini, ictimai asayişi qorumaq, qanunlara tabe olmaq, iqtidarla sivil müxalifətçilik etmək, ölkənin mənafeyini bütün maraqlardan üstün tutmaqdır. Yalnız bu şərtlərə riayət edən şəxs Yeni Azərbaycan Partiyasının əsl üzvü, partiyanın siyasi xəttini düzgün anlayan və yerinə yetirən təəssübkeş sayıla bilər.
Belələliklə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın yaranması, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin partiyaya Sədr seçilməsi zəruri tarixi hadisə idi. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatina yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı.Doğrudan da YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, onun lideri partiya yarandıqdan cəmi 6 ay keçdikdən sonra ölkənin prezidenti seçildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda YAP-ın yaranmasında ifadə olunan tarixi zərurətə və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi.
Müstəqilliyimizin ilk illərində yaşanan böhran ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı. Xaos, anarxiya, özbaşınalığın sabitlik ilə əvəzlənməsi Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə səbəb oldu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ümummilli lider Heydər Əliyev uğurlu iqtisadi islahatları ile ölkəmizi tənəzzüldən tərəqqi yoluna çıxardı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Bu ilk öncə ölkəmizə olan inamın göstəricisi idi. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, iqtisadiyyatın inkişafı əhalinin sosial rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərdi. Xalqın gələcəyə inamı gündən-günə artdı.
İlk gündən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın demokratik islahatlar sahəsində qazandığı uğurlar da hər birimizə bəllidir. Söz, mətbuat azadlığı təmin edildi, insan hüquqlarının qorunması sahəsində mühüm addımlar atıldı, ölkədə çoxpartiyalı sistem yaradıldı, seçki praktikası ildən-ilə daha da təkmilləşdirildi. Təbii ki, bütün bunlar Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına səbəb oldu. Ölkəmiz bir sıra nüfuzlu regional və beynəlxalq təşkilatların üzvüdür. Xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizin beynəlxalq təşkilatlarla münasibəti də yüksək səviyyədədir. Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür. YAP qələbələr, uğurlar partiyasıdır. YAP keçdiyi tarixi yol nəticəsində güclü siyasi təşkilata çevrilib.Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın sədri seçilmişdir. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, YAP sədrinin təqdimatı ilə YAP sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçmişdir.
YAP-ın təsis konfrasında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. 1993-cü ildən sonra ictimai həyatın müxtəlif sferalarına aid islahatların uğurla həyata keçirilməsi yeni bir tarixi mərhələnin baəlanğıcı oldu. Ölkədə demokratik ənənələrin, azad iqtisadi məkanın, sivil siyasi münasibətlərin bərqərar edilməsi istiqamətində atılmış addımlar Azərbaycanı qısa vaxt ərzində dərin tarixi burulğanların əhatəsindən qoparaq siyasi sabitlik və iqtisadi inkişaf dövrünə çıxara bildi. Məhz, bu dövrdə Yeni Azərbaycan Partiyası öz əzmkarlığı, qətiyyəti, ardıcıl və sistemli fəaliyyəti ilə respublikanın siyası həyatında özünəməxsus yerini tutaraq, milli dövlət quruculuğu prosesinin alternativsiz müəllifinə çevrildi. XX əsrin sonlarında – dünyanın demokratiyanı dövlət və cəmiyyətin inkişafının prioriteti kimi qəbul və dərk etdiyi bir dövrdə vətəndaş cəmiyyəti quruculuğu prosesinin nə qədər çətin və məsuliyyətli olduğunu izah etməyə ehtiyac yoxdur. 1993-cü ildən sonra respublikanın həyatında baş vermiş mühüm dəyişikliklər – vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, sosial problemlərin əsaslı üəkildə həlli istiqamətində atılmış addımlar, iqtisadi tərəqqi üçün zəmin yaradılması – bütün bunlar məhz Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilmiş tədbirlərin nəticələri kimi tarixə düşmüşdür. Təbii ki, qazanılmış bu nailiyyətlərdə Heydər Əliyevin rəhbərlik etdiyi təşkilatın – Yeni Azərbaycan Partiyasının uğurudur. Ciddi problemlərin həllinə baxışlarda praqmatizm nümayiş etdirən YAP milli mənəvi dəyərlərə son dərəcə konservativ yanaşmaqla tarixi ənənələri müasir dünya təcrübəsi ilə birləşdirməyə çalışır, Azərbaycanın dünyadakı yerini daha dəqiq şəkildə müəyyənləşdirməyə səy göstərir, xarici siyasətdə qloballaşan dünyanın reallıqlarını nəzərə almağı vacib sayır, demokratiyanı ilk növbədə hüquqi dövlət modelinin əsası kimi qəbul edir. Hakim partiya azad bazar iqtisadiyyatının qanunauyğunluqlarını və tələblərini insanların sosial maraqlarının təmin edilməsinə maneə kimi deyil, əksinə onun başlıca şərti kimi dəyərləndirməklə sosial dövlət ideyalarını təbliğ edir, eyni zamanda, milli burjuaziyanın yaranmasını sabitliyin və inkişafın stimulverici olaraq qiymətləndirir. YAP-ın gücü onun öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə bilməsindədir. Hakim siyasi təşkilat daim cəmiyyətə yeni ideyalar təqdim edir. Bütün problemlərdən çıxış yollarını göstərə bilir, ən mürəkkəb məsələlərlə bağlı konkret təkliflərə malikdir, mükəmməl kadr potensialı var və bütün bunlar YAP-ın ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq ümumxalq partiyasına çevrilməsinə şərait yaratmışdır.
1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynamışdır.Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Möhtərəm İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtramdan irəli gəlir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2013-cü ilin iyun ayının 7-də Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın sədr müavini seçilməsi bu siyasi təşkilatın fəaliyyətinə yeni güc gətirdi. Bütün bunların nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intelekti olan bir hakim siyasi təşkilat olaraq ölkəmizin ictimai-siyasi həyatında əvəzsiz işlər görür. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.
Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.

Vəkil Rövşən Qasimov
Lənkəranlı

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur
Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur - VİDEO
Təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimiz daim ölkə
Müharibə hazırlıqları başladı:
Müharibə hazırlıqları başladı: - Türkiyəyə hücum?
Həyatınız boyu kirayə döyüş vasitəsi gördünüzmü? Eşitdinizmi? Vardır yəqin
reklam
Nazirlikdən xəbərdarlıq:
Nazirlikdən xəbərdarlıq: - uşaqlarınızı ora aparmayın
Dünyada suçiçəyi xəstəliyinə qarşı peyvənd tətbiq olunsa da, Azərbaycanda
MM-in iclası başladı:
MM-in iclası başladı: - Nələr nüzakirə ediləcək?
İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin
Ramiz Mehdiyev Ceyhun Bayramovu kollektivə təqdim etdi
Ramiz Mehdiyev Ceyhun Bayramovu kollektivə təqdim etdi
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təhsil naziri
 
XİA.az - TƏQDİMAT