Təhlükə yarananda Heydər Əliyev şəxsən özü... - Züqanov

Təhlükə yarananda Heydər Əliyev şəxsən özü...
Çox rəmzi haldır ki, bu gözəl sərginin açılışı böyük Stalinqrad döyüşünün 75-ci ildönümünü qeyd etdiyimiz vaxta təsadüf edir. Azərbaycan və Bakı o dövrdə tarixi rol oynayıb. Bunu bütün ölkə, biz hamımız xatırlayırıq və buna görə minnətdarıq.

Axar.az xəbər verir ki, RF Kommunist Partiyasının lideri Gennadi Züqanov bu sözləri Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi münasibətilə Rusiya Dövlət Dumasında sərginin açılışı mərasimində söyləyib.

Azərbaycan ilə Rusiyanın həmişə çox sıx, səmimi və mehriban münasibətləri olduğunu vurğulayan RF KP lideri deyib: “Bu münasibətlər mənim üçün ikiqat əzizdir. Mənim atam Odessa uğrunda döyüşlərdə iştirak edib, Sevastopolu müdafiə edərkən ağır yaralanıb. Bakıda hospitalda müalicə olunub, oradakı həkimlər və şəfqət bacıları beş cərrahi əməliyyatdan sonra onu həyata qaytarıblar. Mən uşaq olarkən atam Azərbaycanda gördüyü xoş münasibət, insanların xoş xasiyyəti barədə danışır, deyirdi ki, bu respublikanın sakinləri rus dilini çox yaxşı bilirlər. Mənə Heydər Əliyevlə yaxından tanış olmaq xoşbəxtliyi nəsib olub. Heydər Əliyev bu gün onun oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ləyaqətlə davam etdirdiyi müasir siyasətin memarı olub”.

G.Züqanov xüsusi qeyd edib ki, Azərbaycanda rusdilli əhalinin ölkəni tərk etməməsi üçün lazım olan bütün işlər görülüb. O deyib: “Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarananda Heydər Əliyev şəxsən özü rus icmasına gəlib, orada insanlarla görüşüb və açıq bəyan edib ki, onların təhlükəsizliyinin qarantı olacaq. Həqiqətən o, sülhün bərqərar olması üçün nə mümkündürsə edib. Azərbaycanın bütün məktəblərində rus dili yaxşı səviyyədə tədris edilir. Mən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bitirdiyi məktəbdə oldum. Orada şagirdlər A.S.Puşkinin əsərlərinin motivləri əsasında hazırlanmış tamaşanı çox böyük ustalıqla təqdim etdilər. Gəlin bu münasibətlərin daha da möhkəmlənməsi üçün əlimizdən gələni edək, xüsusən ona görə ki, ali səviyyədə qarşılıqlı anlaşma və dəstək var”.

RF KP fraksiyasının rəhbəri vurğulayıb ki, Bakı Cənubi Qafqaz regionunun mədəni mərkəzinə çevrilib. O, sonda deyib: “Dünyada ən yaxşı dənizkənarı bulvar Bakıdadır. Orada dəniz, yaşıllıqlar, gözəl istirahət zonaları və insana xidmət edilməsi ilə bağlı hər cür şərait var. Bakı bütün regionun mədəni mərkəzinə çevrilib. Orada Asiya partiyalarının liderinin görüşü keçiriləndə tədbir iştirakçıları heyranlıqla gördülər ki, bütün əhalinin inamlı və davamlı inkişafı üçün mövcud sərvətlər ağlabatan şəkildə idarə edilsə, çox şeyə nail olmaq mümkündür”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi
Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - CANLI YAYIM
Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, nümayişçilərin
Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər
Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər - SİYAHI
Dövlət komitələrinə gəlincə, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə
Sej Sərkisyanın getməsi Azərbaycanın xeyirinədir?
Sej Sərkisyanın getməsi Azərbaycanın xeyirinədir? - Ekspertlərdən fərqli yanaşmalar
Ermənistanda Sej Sərkisyanın baş nazir olmasına qarşı aprelin 13-dən
reklam
MTN generallarına hökm oxunur
MTN generallarına hökm oxunur - Sübahir Qurbanova 14 il cəza
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
 
XİA.az - TƏQDİMAT