Xain generalların Heydər Əliyevə sui-qəsd cəhdi - VİDEO

Xain generalların Heydər Əliyevə sui-qəsd cəhdi
Dünya tarixində ən böyük olaylardan biri də dövlət başçılarına qarşı təşkil olunmuş sui-qəsdlərdir. Beynəlxalq aləmi dəhşətə gətirən bu sui-qəsd olayları Azərbaycandan da yan keçməyib. 1995-ci il iyulun 2-də Azərbaycanın eks-prezidenti Heydər Əliyevə qarşı sui-qəsd təşkil edildi. Belə ki, prezident xarici səfərlərdən birindən geri dönərkən onun təyyarəsinin vurulmasına cəhd olundu. Lakin sui-qəsd baş tutmadı.

Sui-qəsd çox qəribə formada hazırlanmışdı. Hadisədən öncə, mayın 26-da Azərbaycan Milli Ordusuna məxsus bölmələrdən birində “İqla-1” zenit raketi oğurlanmış, onun prezidentin təyyarəsinə tuşlanacaq yeri müəyyən edilmişdi. Ən maraqlı məqam isə sui-qəsdin baş tutacağı gün yaşandı. Belə ki, prezidentin təyyarəsi xoşbəxtlikdən hava limanına çevrilişi həyata keçirmək istəyənlərin nəzərdə tutduğu istiqamətdə eniş etmədi. Hava şəraiti ucbatından eniş istiqaməti dəyişdirildi və nəticədə prezidentə sui-qəsd cəhdi baş tutmadı.

Sui-qəsddən dərhal sonra isə həbslər başladı. Planın müəlliflərinin Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavinləri - Şahin Musayev, Vahid Musayev, həmçinin nazirliyin Hərbi Ticarət İdarəsinin sabiq rəisi Hacımurad Sadəddinov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ləğv edilmiş XTPD-nin (Xüsusi Təyinatlı Polis Dəstəsi) sabiq əməkdaşı Faiq Baxşəliyev olduğu müəyyən edildi. Aparılan əməliyyat nəticəsində 1995-ci ilin avqustunda general Vahid Musayev və Faiq Baxşəliyev tutuldu. Hər iki şəxs sonradan ölkənin ən ağır cinayətkarlarının yerləşdirildiyi Qobustan həbsxanasına göndərildi.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan hərbçisi Ermənistanın növbəti təxribatı nəticəsində şəhid olub
Azərbaycan hərbçisi Ermənistanın növbəti təxribatı nəticəsində şəhid olub
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar
Həbsdəki o generalı bağışlamaq olarmı?
Həbsdəki o generalı bağışlamaq olarmı?
14 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Naxçıvan Muxtar
Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı
Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı
Bir neçə ay sonra Yerevan Rusiyadan aşağı radiuslu “Tor M2” zenit-raket
reklam
Bakının mərkəzində əməliyyat:
Bakının mərkəzində əməliyyat: - bankı yarmaq istəyən 17 yaşlı gənc saxlanıldı
Polis əməkdaşları dərhal ərazini nəzarətə götürüb və məlum olub ki,
FTX “pomidor kralı” Vahid Novruzovu həbs edib
FTX “pomidor kralı” Vahid Novruzovu həbs edib
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən
Ramazan ayı ərzində toy etmək olarmı?
Ramazan ayı ərzində toy etmək olarmı?
Ramazan ayının başlaması ilə şadlıq evlərinə toy üçün müraciət edənlər
 
XİA.az - TƏQDİMAT