"Heydər Əliyev və Azərbaycan Respublikasının müasir gömrük siyasəti" mövzusunda seminar keçirilib

"Heydər Əliyev və Azərbaycan Respublikasının müasir gömrük siyasəti" mövzusunda seminar keçirilib
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində "Heydər Əliyev və Azərbaycan Respublikasının müasir gömrük siyasəti" mövzusunda növbəti seminar-məşğələ keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) fəxri üzvü, gömrük xidməti general-polkovniki Aydın Əliyev iştirak edib.

Tədbirdən öncə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi ilə tanış olub.

Seminarı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın dövlət müstəqilliyini 27 il öncə bərpa etməsinə baxmayaraq, bu qısa dönəmdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, inklüziv və davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olduğunu bildirib.

Vurğulanıb ki, ümummili lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə, müasir Azərbaycan Respublikası hazırda yüz illik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır.

Urxan Ələkbərov diqqətə çatdırıb ki, məhz dövlət başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensator idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında baş tutan Davos forumunun hesabatında Azərbaycanın inklüziv inkişaf indeksi Latviya, Polşa, Rumıniya, Bolqarıstan, Xorvatiya, İtaliya, İspaniya, Portuqaliya və Yunanıstan kimi Avropa Birliyinə üzv olan dövlətlərlə müqayisədə yüksəkdir. Rektor bu və bənzər təqdirəlayiq nəticələrin ölkənin səmərəli idarə olunması və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən xəbər verdiyini xüsusi vurğulayıb.

Daha sonra akademik ölkənin iqtisadi təhlükəsizliyi və daxili bazarının qorunmasında, beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişəndirilməsində müstəsna əhəmiyyətə malik gömrük sisteminin Azərbaycanın müasir tərəqqisində vacib rolunu dəyərləndirib və bu sahədə görülən işlər, aparılan islahatlarla bağlı məlumatlandırmanın önəminə diqqət çəkib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan Respublikasının gömrük sisteminin ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasətə uyğun formalaşdığını və Prezident İlham Əliyevin dəstəyi və qayğısı sayəsində inkişaf edərək dövlət müstəqilliyinin əsas atributlarından biri olan çoxfunksiyalı kompleksə çevrildiyini vurğulayıb.

Aydın Əliyev bildirib ki, digər dövlət təsisatları kimi ölkəmizin gömrük orqanları da məhz dahi rəhbərin yüksək idarəçilik qabiliyyəti sayəsində qanunvericilik bazasının müasir çağırışlara cavab verəcək şəkildə hazırlanması, maddi-texniki bazanın yenidən qurulması, kadrların potensialının artırılması sahəsində mühüm addımlar atıb və qısa zaman kəsiyində dünya gömrük ailəsində layiqli yer tutub.

Komitə sədri daha sonra Azərbaycanda gömrük siyasətinin müasir vəziyyəti, gömrük orqanlarının fəaliyyət mexanizmi barədə geniş məlumat verib. Qeyd edilib ki, respublikanın iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının ildən-ilə genişlənməsi, idxal-ixrac əməliyyatlarının həcminin artması və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının güclənməsi gömrük əməliyyatlarını tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsini, inkişaf etmiş dövlətlərin gömrük işi sahəsində qabaqcıl təcrübəsi və bu sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların müddəaları nəzərə alınmaqla, bütövlükdə, ölkədə gömrük qanunvericiliyinin təkmilləşdirilməsini, o cümlədən bu sırada mühüm yer tutan yeni Gömrük Məcəlləsinin qəbul edilməsi zərurətini yaradıb.

Aydın Əliyev diqqətə çatdırıb ki, son illər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mütərəqqi islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb, dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu mühüm dərəcədə artıb, gömrük işinin iqtisadi göstəriciləri də xeyli yüksəlib. Xüsusilə, beynəlxalq ticarətin asan və sürətlə həyata keçirilməsini təmin etmək məqsədilə informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqi sayəsində mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi asanlaşdırılıb, gömrük əməliyyatları və rəsmiləşdirilməsi sadələşdirilib.

Komitə sədri ölkəmizin gömrük orqanları tərəfindən qısa zaman kəsiyində həyata keçirilən "yaşıl dəhliz", "elektron bəyannamə" və digər mütərəqqi tədbirlərin həm ticarətin asan və sürətli, həm də təhlükəsiz şəkildə həyata keçirilməsinə şərait yaratdığını vurğulayıb.

Qeyri neft-sektorunun inkişafı istiqamətində dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq xarici ticarətdə aqrar sektorun payının sürətlə artıdğını bildirən DGK sədri gömrük orqanlarının da bu sahəyə töhfə vermək məqsədilə biznes subyektlərilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu, onları narahat edən problemlərin operativ şəkildə həllinə kömək göstərdiklərini deyib.

Aydın Əliyev onu da diqqətə çatdırıb ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində körpü rolunu oynayan ölkəmizin beynəlxalq ticarət zəncirinin davamlılığının təmin olunmasındakı önəmini daha da artırmaq, yüklərin sürətli və təhlükəsiz şəkildə daşınmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmiryol xətti istifadəyə verilib və hazırda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması üçün gərgin iş aparılır. Öz növbəsində, görülən işlərə töhfə vermək məqsədilə Dövlət Gömrük Komitəsi Avropa məkanında tətbiq edilən və bu regionda yüklərin vahid tranzit proseduru altında daşınması üzrə norma və tələbləri müəyyən edən Yeni Kompüterləşdirilmiş Tranzit Sistemə (New Computerized Transit System - NCTS) üzv olmağı ən vacib hədəflərdən biri hesab edir. Komitə sədri ötən ilin dekabrında Oslo şəhərində keçirilmiş Birgə Komitənin iclasında Azərbaycan Respublikasının müraciətinin müzakirə edilərək ölkəmizə qeyri-formal müşahidəçi statusunun verilməsini də innovativ idarəçiliyin nəticəsi kimi qiymətləndirib.

Çıxışının sonunda Aydın Əliyev ölkədə gömrük sisteminin təkmilləşdirilməsi istiqamətində dövlət başçısının rəhbərliyi altında görülən işlərin mahiyyətini açıqlayıb və gözləntilərlə bağlı fikirlərini bölüşüb. Xüsusi vurğulanıb ki, Azərbaycanda dünyanın ən təkmil gömrük sistemlərindən biri fəaliyyət göstərir və bu gün Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır.

Daha sonra seminar iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Tramp:
Tramp: - “Bir ay əvvəl Suriyada ABŞ və Rusiya arasında şiddətli toqquşma olub"
D.Tramp həmçinin bildirib ki, bir ay əvvəl Suriyada ABŞ və Rusiya
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
“Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev
Qızıl və neft bahalaşıb
Qızıl və neft bahalaşıb
Amerika fond bazarında "Dow Jones" indeksi 0,16% - 24 748,07 bəndədək
reklam
ETSN:
ETSN: - Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli
Bakının İrəvan siyasəti:
Bakının İrəvan siyasəti: - Sərkisyan elə bir etiraf etdi ki...
Bu sözləri Axar.az-a açıqlamasında Serj Sərkisyanın ötən gün Ermənistan
Erməni ordusu cəbhədə təxribat törətdi:
Erməni ordusu cəbhədə təxribat törətdi: - yaralı var
Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci
 
XİA.az - TƏQDİMAT