Nə qədər ki, xalqımız var, nə qədər ki, Azərbaycan var Heydər Əliyev də var olacaqdır..

Nə qədər ki, xalqımız var, nə qədər ki, Azərbaycan var  Heydər Əliyev də var olacaqdır..
Müstəqil, demokratik-hüquqi dövlət Heydər Əliyevin gələcək nəsillərə qoyub getdiyi ən böyük əmanətdir və bu əmanətin qorunub saxlanması bir vətəndaş olaraq hər birimizin üzərinə böyük məsuliyyət qoyur.
Tarixdə elə insanlar var ki, onların əzəmətini heç bir sözlə ifadə etmək mümkün deyil. Heydər Əliyev də belə insanlardandır...
Bu adın ucalığı bütün metaforaları kölgədə qoyur. Biz Heydər Əliyevi ulu öndər, müdrik insan, dahi şəxsiyyət adlandırırıq. Amma etiraf edək ki, bunlar onun milli təfəkkürümüzdə əbədilik qazanan statusunun yalnız müəyyən bir hissəsini ifadə edir. Heydər Əliyev Azərbaycan milli varlığının ümumi çevrəsinin ən yüksək nöqtəsini təşkil edən zirvədir.Müdrikliyi, uzaqgörənliyi və təkrarsız fəaliyyəti ilə milli gerçəkliyimizdə əbədi yer almış ən böyük azərbaycanlı Heydər Əliyevin nurlu obrazı həmişə qəlbimizə işıq və hərarət saçır. Adı Azərbaycanın, türk dünyasının, bütövlükdə, dünya siyasətinin tarixinə qızıl hərflərlə yazılmış bu şəxsiyyət, haqlı olaraq, əbədi öndərimiz kimi sabaha gedən yolumuzun mayakına çevrilmişdir.Bənzərsiz tarixi şəxsiyyət kimi Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi xalqın və dövlətin yolgöstərəninə çevrilməyi bacaran və onun milli idealını təmsil edən dahi və müdrik bir insandır. Heydər Əliyev Azərbaycan tarixində ən ardıcıl və ən böyük istiqlalçı, ən böyük demokrat, ən böyük vətənpərvər, ən böyük dövlətçi və ən böyük əməl sahibidir. Onun fəaliyyətinin hər bir hissəsi xalqımızın mədəni inkişafına, iqtisadi və siyasi yüksəlişinə xidmət edən müvəffəqiyyətlərlə zəngindir.Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür yolu, həmişə uğur və qələbələrlə müşayiət olunan mübarizəsi iki minilliyi qovuşduran onilliklərdə tariximizin şərəf kitabının ən parlaq və zəngin səhifələrini təşkil edir. Milli tariximizin Heydər Əliyev zirvəsi gələcəyə gedən yolumuzu aydın görməyə geniş imkan yaratdığı kimi, keçmişimizi, xüsusən, yaxın dünənimizi də doğru-düzgün dəyərləndirməyimiz üçün dolğun mənzərə açır.
Xalqımızın ümummilli lideri, zəmanəmizin və bütün dövrlərin dahisi Heydər Əliyevin ideya və əməlləri daim bizimlə olduğundan millət atasının cismani yoxluğu ötən illərdə zərrə qədər də hiss olunmamışdır. Hər il ümumxalq xatirə günlərində isə ulu öndərin nadir kimliyi çəmiyyət miqyasında ən iri planda gözlərimiz önündə canlanır.
Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər...
Zaman bizi ümummilli lider Heydər Əliyevin cismani yoxluğundan uzaqlaşdırdıqca xalqımız bu möhtəşəm şəxsiyyətin ulu, gündən-günə əzəmətini artıran obrazına daha çox müraciət edir. Əslində, bu nadir insanın və siyasət korifeyinin heç vaxt heç bir qiymətə, tərifə ehtiyacı olmasa da, onun qədir-qiyməti qəlbimizdə getdikcə daha da artır, zaman-zaman böyüyür. Bu, hər şeydən əvvəl, bizim özümüzün ulu öndərin zəka və ideyalarına olan ehtiyacımızın misilsizsizliyi ilə bağlıdır.
Ulu öndər Heydər Əliyev müasir Azərbaycan iqtisadiyyatının və maliyyə sisteminin qurucusudur..Müstəqil Azərbaycan Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir..
Yeni Azərbaycan Partiyası beynəlxalq müstəvidə güclü və nüfuzlu siyasi qüvvə kimi tanınır...
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi bir dövrü məhz Azərbaycan xalqının ümumilli lideri, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. uLU ÖNDƏR GÜCLÜ SİYASİ QÜVVƏ KİM YENİ AZƏRBAYCAN PARTİYASININ SİYASİ XƏTTİ TARİXİN SINAQLARINDAN UĞURLA ÇIXIR.
Yeni Azərbaycan Partiyası beynəlxalq müstəvidə güclü və nüfuzlu siyasi qüvvə kimi tanınır....Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri yüksələn xəttlə inkişaf edir.
YAP beynəlxalq qurumlarda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. Xatırladım ki, İCAPP-ın təsis toplantısı 2000-ci ilin sentyabr ayında, Filippinin paytaxtı Manila şəhərində keçirilib. Təşkilatın məqsədi regionun müxtəlif siyasi partiyaları arasında əməkdaşlığa və təcrübə mübadiləsinə nail olmaq və birgə səylərlə Asiya qitəsinin iqtisadi – ictimai inkişafına töhfələr verməkdir. Hazırda qitənin 340-dan artıq siyasi partiyası qurumun fəaliyyətində bu və ya digər formada iştirak edir. Əməkdaşlıq münasibətlərinin qurulduğu dövrdən etibarən, Yeni Azərbaycan Partiyasının nümayəndələri Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının keçirdiyi tədbirlərdə yaxından və fəal iştirak edir, qurumun iclaslarında səmərəli müzakirələr apararaq, təklif və layihələr iləri sürürlər.
Eyni zamanda, ölkəmiz Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mötəbər qurumun tədbirlərinə ev sahibliyi edib. Bildiyiniz kimi, 22-23 noyabr 2012-ci il tarixlərində Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası keçirilib. “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusuna həsr olunan Baş Assambleyada 35 ölkədən 200-dən çox nümayəndə iştirak edib. Sözügedən beynəlxalq tədbirə Azərbaycandan 12 siyasi partiya qatılıb.Bu tədbirin yüksək səviyyədə baş tutması Azərbaycan siyasi partiyalarının tarixində əlamətdar bir haldır. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi, ilk növbədə, Azərbaycanda yetkin siyasi partiya sisteminin formalaşdığını və bu sistemin xarici aləmə, beynəlxalq siyasi əməkdaşlığa açıq olduğunu təsdiq etdi. Bu, o deməkdir ki, Azərbaycanda müstəqilliyin ilk illərində mövcud olan siyasi xaos sabitliklə əvəz olunub, siyasi sistemin təkmilləşməsi və demokratikləşməsi nəticəsində respublikada siyasi rəqabətlilik mühiti formalaşıb. Bu həm də Azərbaycanda demokratiyanın bərqərar olmasının bir göstəricisidir. Çünki məhz demokratiyanın mühüm indikatorlarından olan fikir plüralizmi və çoxpartiyalılıq mühitində müxtəlif siyasi partiyalar hakimiyyət uğrunda rəqabət aparmaqla yanaşı, beynəlxalq əməkdaşlıq mühitinə daxil olmaq imkanına da malik olurlar. Azərbaycanda siyasi mədəniyyətin yüksəlməsi fonunda gedən bu dəyişikliklər Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasında ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası başda olmaqla ölkəmizin bir çox siyasi partiyalarının fəal iştirakı ilə özünü göstərdi.
Onu da xatırladım ki, 2013-cü ilin aprel ayında YAP-ın ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun I iclası da Bakı şəhərində keçirilib. İclasda 25 ölkənin siyasi partiyalarını təmsil edən 60-dan çox qadın siyasətçi, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Məlumat üçün bildirim ki, bu il ərzində də ölkəmizdə İCAPP-ın Qadınlar Qolunun növbəti toplantısı keçiriləcək.
Bununla yanaşı, 2013-cü ilin avqust ayında Bakı şəhərində İCAPP Gənclər Qolunun ikinci toplantısı keçirilib. Toplantıda 18 ölkənin 25 siyasi partiyasını təmsil edən gənclər iştirak edib. İclasda İCAPP-ın rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən, İCAPP-ın həmtəsisçisi Xose de Venesia, təşkilatın baş katibi Çunq Ey Yonq və digər qonaqlar iştirak ediblər. Hazırda YAP Gənclər Birliyinin sədr müavini İCAPP Gənclər Qolunun birinci vitse-prezidentidir. Təbii ki, bu və digər faktlar YAP-ın İCAPP çərçivəsində aktiv fəaliyyətinin nəticəsidir. Ümumilikdə isə, təşkilatın rəhbərliyi və quruma üzv olan partiyalar YAP-ın fəaliyyətini çox yüksək dəyərləndirirlər.
Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri yüksələn xəttlə inkişaf edir. Partiyanın beynəlxalq əməkdaşlığının coğrafiyası genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. YAP müasir qloballaşan dünyanın çağırışlarına çevik reaksiya verərək, əməkdaşlıq imkanlarından maksimum faydalanır və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.
Ümumiyyətlə, YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
Xatırladım ki, 2007 və 2008-ci illərdə YAP-ın təşkilatçılığı ilə Bakıda “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” və “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda konfransların keçirilmişdi. Həmin tədbirlərdə dünyanın ABŞ, Çin, Rusiya Federasiyası, Türkiyə, Yaponiya, Hindistan, Fransa, Koreya, Ukrayna, İran və s. kimi 60 ölkəsinin hakim partiyalarının və parlament nümayəndələrinin iştirak etmişdilər.
Bununla yanaşı, YAP Avroatlantik məkanda siyasi təşkilatlarla əməkdaşlığını genişləndirib. Bu mənada, Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər də inkişaf etməkdədir. Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
Yuxarıda qeyd etdiyim kimi YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı çərçivəsində də aktiv fəaliyyət göstərir. Eyni zamanda, Latın Amerikası Siyası Partiyalatının Təşkilatı (COPPAL) ilə də əməkdaşlığımız mövcuddur. Bir sözlə, Yeni Azərbaycan Partiyası sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki ölkə daxilində aparıcı, lider institutdur, eyni zamanda, geniş beynəlxalq əlaqələrə malik olan, beynəlxalq müstəvidə güclü və nüfuzlu siyasi qüvvə kimi tanınır. Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmır və müxtəlif ölkələrin aparıcı siyasi partiyaları YAP-la əməkdaşlığa və əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verirlər. Partiyamız bundan sonra da ikitərəfli və beynəlxalq təşkitlar çərçivəsində özünün xarici əlaqələrini genişləndirməyi nəzərdə tutur. Çünki beynəlxalq müstəvidə əlaqələrin genişləndirilməsi YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Son illər Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Milli maraqlara söykənən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə önəmli aktor rolunu oynayır. İqtisadi gücü, siyasi nüfuzu artan Azərbaycan artıq özü bir çox regional məsələlərdə həlledici söz sahibinə çevrilib. Azərbaycanın həqiqi dövlət müstəqilliyini şərtləndirən amillərin təməlində heç şübhəsiz, güclü iqtisadiyyat və sosial rifah dayanır.
İnkişaf edən Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Təbii ki, bu amillər ölkəmiz haqqında təsəvvürlər yaradır. Bu, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib rol oynayır.
Azərbaycan Respublikasının xarici siyasətinin gündəmində duran ən ümdə vəzifə Ermənistanın Azərbaycana qarşı təcavüzünün və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının və qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmasının təmin edilməsi dayanır. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesində iştirakını davam etdirir. Lakin Ermənistan tərəfindən qeyri-konstruktiv və işğalçı siyasətin davam etdirilməsi münaqişənin sülh yolu ilə həllinə imkan verməyib. Ermənistan yalnız danışıqlar prosesi zamanı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi ilə deyil, eləcə də, qoşunların təmas xəttində törətdiyi təxribatları, işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi və orada Azərbaycan xalqına aid maddi-mədəni və tarixi irsin viran edilməsi əməlləri ilə məqsədyönlü şəkildə vəziyyəti daha da gərginləşdirməyə və danışıqlar prosesinə xələl gətirməyə çalışır.
Ona görə də, bizim başlıca vəzifəmiz beynəlxalq miqyasda bu reallıqları dünya ictimaiyyətinə çatdırmaq, Ermənistanın siyasətini ifşa etməkdir. Bu istiqamətdə dövlət səviyyəsində lazımi addımlar atır. Amma bu iş bütün cəmiyyət səviyyəsində davam etdirilməli və aktivlik daha da artırılmalıdır. Çünki müasir dövrdə ən güclü silah informasiyadır. Biz tez tez görürük ki, yanlış məlumatlar yanlış təəssüratlar yaradır və sonunda qərəzli münasibətə səbəb olur. Ona görə də, Azərbaycan haqda real həqiqətlərinin imkan daxilində dünya ictimaiyyətinə çatdırılması hər bir vətəndaşımızın vəzifəsidir. Bu amil informasiya müharibəsində qələbəmizi şərtləndirən əsas məqamlardan biridir. Dünya ictimaiyyəti işğal Ermənistanın siyasəti haqda nə qədər geniş məlumatlar əldə etsə, onu daha çox qınaq obyektinə çevirə bilər.
Dünyada hər şey dəyişir, qalan isə saf əməllərdir. Ulu öndər nəsillərin qəlbində öz əməlləri, ölməz ideyaları ilə yaşayacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı var olduqca, onun ümummilli lideri də daim yaşayacaq, heç vaxt unudulmayacaqdır.
İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ başlamışdır. Prezident İlham Əliyev vəzifəsinin icrasına başlayandan az sonra imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər haqqında”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafına təkan vermişdir. Azərbaycanın inkişafı problemlərinin yeni, innovativ dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur. Dünyanın ən inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün sahələrinin modernləşdirilməsi prioritetə çevrilmişdir.

Vəkil Rövşən Qasımov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Yay turizm mövsümünün başlanması ərəfəsində Dövlət Miqrasiya Xidmətinin
Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin inzibati
Türkiyənin daha 3 vilayətində neft tapıldı
Türkiyənin daha 3 vilayətində neft tapıldı
Məlumata əsasən, neft Türkiyənin cənub-şərqindəki Mardin, Şırnak və Bitlis
reklam
DİM sədri:
DİM sədri: - Abituriyentlərin intihar etməsi bizə aid məsələ deyil
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə
Nazarbayev:
Nazarbayev: - Heydər Əliyev MDB-nin təşəkkülündə böyük rol oynayıb
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Azərbaycanla Qazaxıstan
Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir
Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, uzun müddət
 
XİA.az - TƏQDİMAT