Ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın növbəti bölmə iclası Çində keçirilib

Ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın növbəti bölmə iclası Çində keçirilib
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.
XİA.az "Azərtac"a istinadən xəbər verir ki, konfransın bölmə iclasları Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Aprelin 22-də Çinin Huzhou Universitetində beynəlxalq konfransın “Bir qurşaq – bir yol: multikulturalizmin öyrənilməsi” mövzusunda bölmə iclası keçirilib.

İclasda ADU-nun nümayəndə heyəti, Huzhou Universitetinin müəllim və tələbələri, Mədəniyyətlərarası Dialoq Araşdırmaları Mərkəzinin əməkdaşları və Çinin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Bölmə iclası işinə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə Huzhou Universitetinin prezidenti Zhang Licinin və ADU-nun rektoru akademik Kamal Abdullayevin təbrik və təşəkkür məktubu oxunub.
Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini xatırladıb. Professor bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib və bu gün xalqımızın xarakterik xüsusiyyətlərindən biri olan tolerantlığın gələcək inkişafı üçün Azərbaycanda hüquqi baza artıq yaradılıb.

ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsində İpək Yolu” mövzusunda məruzə ilə çıxış edib. Professor bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir, Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırıb.

Huzhou Universitetinin Ali Təhsil Tədqiqatları Mərkəzinin direktoru, professor Yan Denke "İpək Yolu üzərində mədəniyyətlərarası dialoq" mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, tarixi “İpək Yolu” istiqamətində Azərbaycan iki min ildən artıq müddətdə Şərq və Qərb arasında elmin, mədəniyyətin və ideyaların yayılması istiqamətində körpü rolu oynayır.

Huzhou Universitetinin Beynəlxalq Kollecinin direktoru, professor Zhu Din Avropa və Asiya ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın və qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsinin və təcrübələrin bölüşdürülməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Azərbaycanın bu istiqamətdə apardığı siyasi xətdən danışan professor ölkəmizin Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsü olduğunu diqqətə çatdırıb.

Sonda Huzhou Universitetinə Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyətlərini əks etdirən "Azərbaycan-Çin: diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü" adlı kitabı təqdim olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Yay turizm mövsümünün başlanması ərəfəsində Dövlət Miqrasiya Xidmətinin
Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin inzibati
Türkiyənin daha 3 vilayətində neft tapıldı
Türkiyənin daha 3 vilayətində neft tapıldı
Məlumata əsasən, neft Türkiyənin cənub-şərqindəki Mardin, Şırnak və Bitlis
reklam
DİM sədri:
DİM sədri: - Abituriyentlərin intihar etməsi bizə aid məsələ deyil
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə
Nazarbayev:
Nazarbayev: - Heydər Əliyev MDB-nin təşəkkülündə böyük rol oynayıb
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Azərbaycanla Qazaxıstan
Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir
Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, uzun müddət
 
XİA.az - TƏQDİMAT