Ümummilli lider Heydər Əliyev hər zaman qaçqın və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşıb

Ümummilli lider Heydər Əliyev hər zaman qaçqın və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşıb
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Komitənin foyesində yerləşən büstü önünə gül dəstələri qoyublar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu haqqında danışaraq bildirib ki, Ulu Öndər Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətdir. O, bütün təcrübəsini, siyasi biliklərini ölkəmizin və xalqımızın inkişafına sərf edib. Komitə sədri ümummilli lider Heydər Əliyevin hər zaman qaçqın və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb. Qeyd edib ki, bu gün bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O deyib ki, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçı Heydər Əliyevin fəaliyyəti müasir tariximizin ən mühüm mərhələlərini əhatə edir. Bildirib ki, Ulu Öndərin qətiyyəti, güclü siyasi iradəsi, böyük təcrübəsi sayəsində müasir Azərbaycan dövləti qurulub və ölkəmiz beynəlxalq arenada özünə layiqli yer tutub. Qeyd edilib ki, Azərbaycan dövləti yaşadıqca ulu öndər Heydər Əliyevin xatirəsi xalqımız tərəfindən daim ən yüksək hörmət və ehtiramla yad ediləcək.

Sonra ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən film nümayiş olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT