"Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda elmi-praktiki konfrans keçirilib

"Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda elmi-praktiki konfrans keçirilib
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ədliyyə orqanlarında geniş qeyd edilir, silsilə tədbirlər həyata keçirilir.

Mayın 7-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Ədliyyə Akademiyasında "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda geniş elmi-praktiki konfrans keçirilib.

Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, nazirliyin rəhbərliyi və məsul işçiləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, hakimlər, prokurorlar, vəkillər, elm və tədris müəssisələrinin nümayəndələri, alimlər, gənc hüquqşünaslar, vətəndaş cəmiyyətinin və media təmsilçiləri iştirak ediblər.

Konfransda ümummilli lider Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğu naminə titanik fəaliyyətindən, müasir hüquq sisteminin formalaşması və inkişafında müstəsna rolundan bəhs olunub, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, Ulu Öndərin təməlini qoyduğu mütərəqqi ədliyyə və məhkəmə islahatlarının nailiyyətləri qeyd edilib.

Ədliyyə naziri F.Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə çıxış edib.

Bildirib ki, Ulu Öndər uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və dəmir iradəsi sayəsində xalqımızı müstəqilliyimizi yenidən itirmək təhlükəsindən xilas edərək ictimai-siyasi sabitliyi və qanunçuluğu bərqərar etmiş, ölkəmiz demokratik hüquqi dövlət quruculuğu yolunu seçərək bütün sahələrdə köklü mütərəqqi islahatlar aparılmışdır.

Müasir ədliyyə və məhkəmə sisteminin inkişafının bilavasitə Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan nazir Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq mühafizə fəaliyyətinin yenidən qurulduğunu və onların gələcək inkişafının təməlinin qoyulduğunu bildirib, bu sahədə islahatların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini və qazanılmış nailiyyətləri qeyd edib. Nazir Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və siyasi irsinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirib, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib.

Konfransda ümummilli lider Heydər Əliyev tərəfindən ədliyyə orqanlarının, prokurorluq və vəkillik təsisatlarının müasir dövrün tələbləri səviyyəsində qurulması, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması və yerli demokratiyanın bərqərar olunması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, hüquqşünas kadrların yetişdirilməsi ilə bağlı aparılan islahatlara dair çıxışlar edilib, Ulu Öndərin insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər, gənclər siyasəti, vətəndaş cəmiyyətinin təşəkkülü və inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.

Yubiley ərəfəsində, ədliyyə orqanlarında yığıncaqlar, dəyirmi masalar keçirilir, gənc əməkdaşlar nazirlikdə Heydər Əliyev muzeyi ilə tanış olurlar, ixtisasartırma kurslarında xüsusi mövzular tədris edilir. Eyni zamanda müxtəlif kütləvi idman yarışları, xeyriyyə tədbirləri, o cümlədən qanvermə aksiyası təşkil olunur, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilir. Heydər Əliyevin 95 illik yubileyi münasibətilə xüsusi stend hazırlanıb, nazirliyin kinozalında Ulu Öndərin zəngin həyatından və titanik fəaliyyətindən bəhs edən filmlər nümayiş etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT