"Heydər Əliyevin bütün ideyaları islahatçılıq nöqtəsidir” - Baş nazirin müavini

"Heydər Əliyevin bütün ideyaları islahatçılıq nöqtəsidir”
Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Heydər Əliyev 95 il” adlı konfrans keçirilir.
XİA.az xəbər verir ki, konfrans mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib.

Konfransda çıxış edən YAP İcra katibi-sədr müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Heydər Əliyevin bütün həyatı, ideyaları özü-özlüyündə islahatçılıq fəlsəfəsi idi:

“Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə xalqımızın həyatında baş verən dəyişiklikləri nəzər salsaq, bu fikrin nə qədər doğru olduğunu görərik. 1993-cü ilə qədər və o dövrdən sonrakı illərdəki Azərbaycan arasında bir-birindən fərqlənən iki Azərbaycan yaddaşımızda qalıb. Xaos, anarxiya, ümidsizlik içərisində olan, tənəzzüldə yaşayan Azərbaycan. Ulu Öndərin həyata keçirdiyi qətiyyətli islahatlar strategiyası nəticəsində ölkədə əmin-amanlıq bərqərar olub, iqtisadi islahatlar nəticəsində dinamik inkişaf edən Azərbaycan var. O dövrdən başlayan islahatlar strategiyası bu gün də prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır".

Ə.Əhmədov qeyd edib ki, bu illərdə ölkə həyatının bütün sahələri bu islahatlar nəticəsində müsbət istiqamətdə dəyişib:

"Bunun nəticəsində müasir və müstəqil Azərbaycan dövləti yaranıb. Ulu Öndər Heydər Əliyevin bütün ideyaları bir islahatçılıq nöqtəsidir”.
Daha sonra tədbirdə əməkdar memar Rasim Əliyev çıxış edib.

Konfransda Milli Məclisin Birinci vitse-spikerləri Ziyafət Əsgərov, vitse-spiker Bahar Muradova, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, partiyanın yerli təşkilat rəhbərləri iştirak edirlər.


Tədbirdə məşhur rəssam Sakit Məmmədovun müəllifi olduğu "Heydər Əliyev" portreti təqdim olunub.

Tədbirdə çıxış edən memar və rəssam Rasim Əliyev deyib ki, Heydər Əliyev Azərbaycanın xilaskarı, dahi şəxsiyyətdir. Rəssam Heydər Əliyevlə bağlı xatirələrini danışıb.

Akademik Sakit Məmmədov Heydər Əliyevin böyük şəxsiyyət olduğunu vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib.Vasif Həsənli

Ölkə.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT