Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilir

Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilir
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində silsilə tədbirlər, elmi-praktiki konfranslar keçirilir, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilir.

07 may 2018-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində “Heydər Əliyev Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır” mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının millət vəkilləri Musa Qasımlı, Aydın Mirzəzadə, Jalə Əliyeva və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirak etmişlər.

Konfrans iştirakçıları ilk öncə Sahil Mühafizəsinin Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin büstü önünə gül dəstələri qoymuş və Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuşlar.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərin­dən söz açmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiy­yətin, hər bir Azər­bay­can vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışmışlar.

Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müs­təqil Azərbaycanın sərhəd mühafi­zəsinin inkişafındakı misilsiz xidmətləri min­nət­darlıq hissi ilə xatırlanmışdır. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardı­cıl həyata keçirilən islahatlar sa­yə­sində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilmişdir.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT