Penitensiar xidmətdə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub

Penitensiar xidmətdə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə şəxsi heyətin xüsusi toplantısı keçirilib.

APA-nın məlumatına görə, tədbir iştirakçıları Penitensiar xidmətin Tarix Muzeyində Heydər Əliyev guşəsində ümummilli liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə tanış olublar.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənov adı müstəqil Azərbaycanın tarixinə xilaskar, dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi yazılmış H. Əliyevin keçdiyi şərəfli ömür yolundan və siyasi fəaliyyətindən geniş söz açaraq, bu zəngin irsin təkcə xalqımız deyil, bütün bəşəriyyət üçün böyük töhfə olduğunu qeyd edib. Heydər Əliyevin dövlət təhlükəsizlik orqanları, Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi, SSRİ MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Baş nazirinin müavini və nəhayət müstəqil Azərbaycanın prezidenti vəzifəsində çalışdığı müddətdə gördüyü misilsiz xidmətləri vurğulanaraq, onun Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı bildirilib.

Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyini və onun ideyalarına dönməzliyini diqqətə çatdıran nazir müavini Penitensiar xidmətinin çoxminli kollektivinin də ulu öndərin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının həyata keçirilməsində öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdığını bildirib.

Toplantıda iştirak edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən söz açaraq, dövlətimizin xarici siyasət strategiyasının müəyyənləşdirilməsində və həyata keçirilməsində ulu öndərin tarixi xidmətlərindən danışıb. Qeyd olunub ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır: “Bəşəriyyətin yetirdiyi görkəmli dövlət xadimi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə mühüm tarixi qərarları ilə ölkənin gələcək müstəqil həyata hazırlanması istiqamətində mühüm işlər görüb. Müstəqil Azərbaycanın bugünkü inkişafının ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir”.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT