"Heydər Əliyevin anti-sovet siyasəti və fəaliyyəti‚ müstəqilliyimizin və müasir dövlətçiliyimizin əsasını qoydu" - Mirsamir Məmmədov

"Heydər Əliyevin anti-sovet siyasəti və fəaliyyəti‚ müstəqilliyimizin və müasir dövlətçiliyimizin əsasını qoydu"
Mirsamir Məmmədov: "Heydər Əliyevin anti-sovet siyasəti və fəaliyyəti‚ müstəqilliyimizin və müasir dövlətçiliyimizin əsasını qoydu"Tarixən böyük keşməkeşli ömür yolu keçən xalqımız hər zaman öz taleyini həll etməyi bacarıb. Təbiiki bu işdə xalqımızın öz maraqarını qoruması üçün öndərlik etmiş mühüm tarixi şəxsiyyətlər olub. O şəxsiyyətlərdən biri‚ müasir dövr Azərbaycanın memarı‚ qurucusu‚ xalqımızın xilaskarı‚ Ümummilli Lider Heydər Əliyevdi. Bütün ömrü boyu Azərbaycan və Azərbaycançılıq uğruna çalışan Dahi Şəxsiyyət Heydər Əliyev hələ Moskvada Partiyada olduğu zamanlardan Azərbaycanın maraqlarını qorumuş‚ müdafiə etmiş‚ xalqımızın milli ruhunun‚ milli şüurumuzun və milli kimliyimizin formalaşması üçün gecə-gündüz çalışmış və bu sahədə məqsədyönlü işlər aparmışdır. Təsadüfi deyil ki‚ hələ rus-sovet əsarətində olarkən 1990-cı ilin yanvarın 20-də Bakıda yaşanan qanlı qırğına dərhal elə Moskvada öz haqq səsini qaldırıb bu qanlı qırğını pisləyərək Moskvada‚ imperiya paytaxtında mətbuat konfransı keçirib‚ Bakıdakı qanlı qırğını dünyanın onlarla aparıcı Kütləvi İnformasiya Vasitələri qarşısında dilə gətirərək bütün dünyaya çatdıran şəxs təkcə Heydər Əliyev oldu. Azərbaycanın informasiya blokadasına salındığı bir vaxtda‚ məhz Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq bu mühüm tarixi addımı onun üçün hər an ölüm demək idi. Lakin tükənməz manevr qabiliyyətinə malik Dahi Şəxsiyyət Heydər Əliyev heçnədən çəkinmədən xalqımızın haqq səsini dünyaya çatdırdı. Elə o zamandan Azərbaycanda milli azadlıq hissləri oyanmağa başladı. Bu azadlq hisslərinin toxumlarını 1990-cı ilin yanvarın 21-də Moskada Azərbaycanın daimi nümayəndəliyində böyük bir mətbu konfrans keçirib SSRİ rəhbərliyini lənətləyən Dahi Şəxsiyyət Heydər Əliyev öz cəsarətli və şücaətli addımı ilə ürəklərə səpmiş oldu.

Ulu Öndərin Moskvadakı qətiyyətli addımı qorxmazlığın ən üst həddi və sözün əsl mənasında bir qeyrət nümayişiydi. Məhz Ulu Öndərin qətiyyətli davranışları Milli Oyanışımızın əsasını qoydu. Azərbaycanın haqq səsisini qaldıran Heydər Əliyev 1990-cı ildə vətənə qayıtdı. Doğulub böyüdüyü Nazçıvana gedən Heydər Əliyev‚ buradan ölkəmizin İstiqlaliyyəti uğrunda mübarizəyə başladı. O zamankı meydan firqurları olan bir çox şəxslər onun mükəmməl dövlətçilik təcrübəsinə yaxşı bələd olduğu üçün‚ hər vasitə ilə Heydər Əliyevin xalqımızın Milli Azadlığı və müstəqil Dövlətçiliyi uğrunda apardığı mübarizəyə və fəaliyyətlərinə var qüvvələrilə mane olmağa çalışırdılar. Lakin heçnədən çəkinməyən Dahi Şəxsiyyət Heydər Əliyev Naxçıvandan xalqımızın Milli Azadlığının və müstəqilliyinin əldə olunması istiqamətində işlər aparırdı. O‚ xalqı maarifləndirmək yolunu tutmuş və bu yolda bütün potensialını sərf edirdi. Nəhayət 1990-cı ilin Noyabrın 17-də Naxçıvan Ali Məclisində o zaman Ali Məclisin sədri olan Dahi Şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyimizin və İstiqlaliyyətimizin ilk rəmzi olan müstəqil üçrəngli bayrağımız qəbul edilərək Naxçıvan səmalarına qaldıdırıldı. Bununla da ölkəmizin ilk müstəqilliyimizin təməlləri Naxçıvanda məhz Ulu Öndər Heydər Əliyev tərəfindən atılmış oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi üçrəngli bayrağın təkrar 1990-cı ildə qəbul edilərək Azərbaycan səmalarıma qaldırılması faktiki olaraq müstəqilliyimizin təməli idi. Məhz həmin təməllər xalqımızın böyük oğlu‚ Dahi şəxsiyyət‚ Ulu Öndər Heydər Əliyev tərəfindən atıldı. Elə bundan sonra müstəqillik və azadlıq şüarları bütün Azərbaycanı bürüdü. Bununla da İstiqlaliyyətə gedən yol açılmış oldu. Ürəyi azadlıq eşqi ilə döyünən xalqımız gecə-gündüz meydanlara çıxıb Sovet əsarətinə etiraz edərək müstəqillik tələb etdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqillik aktına imza atdı və 1990-cı ilin 17 noyabrından başlanan proses 1991-ci ilin 18 oktyabrında bütünlüklə müstəqillik əldə edilməsi ilə sona çatdı. Qazanılmış bu müstəqilliyin əldə edilməsində Heydər ƏƏliyevin xidmətləri misilsizdir.

Məhz onun siyasi manevrləri və xidmətləri‚ bütün ölkə əhalisində bir stimul rolunu oynamışdı. 1993-cü ildə xalqın təkidli və israrlı tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev o zaman ölkəni bürümüş dəhşətli tragedik və dramatik durumdan‚ ölkəni cənginə almış qardaş qırğınından‚ kəskin siyasi böhrandan‚ məşəqqət və müsibətlərdən öz siyasi bacarığı zəngin dövlətçilik təcrübəsi ilə xalqımızı xilas etdi. 1993-cü ilin oktyabrın 3-də ümumxalq səsverməsində xalqımızın yekdilliklə səs verərək Ulu Öndəri Dövlət başçısı vəzifəsində görmək istəməsi ilə Prezident seçilən Ümummilli Lider Heydər Əliyev müstəqil Dövlətçiliyimizin yaranması istiqamətində cidi islahatlara başladı.

Məhz bundan sonra milli Dövlətçiliyimizin əsası qoyuldu və müstəqil dövlətimizin yaradılması prosesləri başladı. Hər sahədə geniş işlər həyata keçirən müdrik şəxsiyyət Heydər Əliyev Cənubi Qafqaz regionun ən qüdrətli ölkəsi olan‚ bütün dünyada müstəqil siyasət yeridən‚ öz sözünü dünya birliyində müstəqil şəkildə deməyi bacaran‚ hər an yüksək inkişaf dövrünü yaşamaqda olan və güclü orduya malik parlaq bir Azərbaycan yaratdı. Bu gün eynən bu siyasi xətt üzrə‚ Ulu Öndər Heydər Əliyevin dövlətçilik dəyərlərinin qorunması və daha da inkişaf etdirilməsi ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevin mükəmməl Dövlətçilik bacarığının açıq təzahürüdür. Eləcə də hər birimiz Ulu Öndərin yaratdığı müstəqil Azərbaycançılıq yolunda suverenliyimizin və dövlətçiliyimizin qorunması və təhlükəsizliyi istiqamətində əzmlə çalışmalı və dövlətimizin maraqlarının təmin edilməsində fəal olmalıyıq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT