ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV


“Anam hamının xeyrinə-şərinə yaramaqla bərabər ona müraciət edən hər kəsə əl tutardı. Evimiz məscid qapısı kimi hamının üzünə açıq idi. Una, sabuna, yarmaya gələn adamlardan heç birini əliboş geri qaytarmazdı. Anam olduqca qənaətcil, ehtiyatlı bir qadın idi. Atam dəmiryolçu olduğu üçün onlara torpaq sahəsi və tonla buğda verilirdi. Bu çətin illərdə evimizdən lavaş əskik olmazdı. Bizim kənddə Sisyandan qohumlarımız vardı. Xüsusən də əmim bizə çox şey göndərərdi. O ağır günlərdə kəndlə əlaqəmiz bizə böyük dayaq idi. Naxçıvandan beş kilometr kənarda da qohumlarımız çox idi. Böyük qaysı bağları vardı. Göndərilən hər bir meyvəni anam bişirər, qənaətlə işlədərdi. Axı o, qardaşı uşaqlarının da ümid yeri idi. Anamın cəfakeşliyindən, ürəyiaçıqlığından bütün məclislərdə ağız dolusu danışırdılar.
Yay olanda evimizdə nə vardısa həyətimizə köçərdi. Yorğan-döşək, qab-qaşıq. Ev bomboş olardı. İsti hava olduğu üçün həyətimizdəki taxtda yatardıq. Müharibənin ağırlığı bütün ailələrin üstünə çökmüşdü. Kənddə Xurşud xanım adlı bir qadın yaşayırdı. Əri cəbhəyə getdiyi üçün beş uşağın əzab-əziyyətini çəkmək məsuliyyəti onun üstünə düşmüşdü. Anam ona əl tutardı. İsti yay gecələrindən biri idi. Saat üç olardı. Xurşud xanımın uşaqlarının ağlaşma səsi bizi yuxudan oyatdı. Anam dözmədi. Gedib astadan Xurşud xanımı çağırdı ki, ay qonşu, bu uşaqlar niyə ağlayırlar? Xurşud xanım məhzun-məhzun “Neynim, a İzzət bacı?-dedi- Acdırlar, yata bilmirlər”. Anam əlini ürəyi üstünə qoymuşdu. Üzünə hopan iztirab ay işığında aydın sezilirdi. Tələsik addımlarla evə keçib xeyli lavaş və pendir götürdü. Uşaqların anasına verib geri döndü. Mən onun taxtın kənarında əyləşib başını əlləri arasına almağına, fikirləşdiyinə tamaşa etdim. Artıq Xurşud xanımın həyətindən səs gəlmirdi. Anamın isə yuxusu ərşə çəkilmişdi. O, sübhə qədər yatmadı. Çünki mən gözlərimi açanda onu beləcə fikir-xəyal ümmanında gördüm. Həmin gündən etibarən anamın bir qayğısı da artmışdı”.

Ceyhun Hüseynov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT