Heydər Əliyev Naxçıvanı xilas etdi

“Heydər Əliyev tarixlər yaradan bir dahi idi”
Heydər Əliyev Naxçıvanı xilas etdi












Heydər Əliyev Naxçıvandakı duz mədənləri, bu mədənlərdəki insan orqanizmi üçün faydalı olan minerallar, daş duzun üstünlükləri haqqında müfəssəl məlumatlar və tövsiyələr verdi. Tənəffüs-respirator xəstəliklər üçün duz mədənlərində əvəzsiz müalicəxanalar ola biləcəyi haqqında dərin mülahizələrini bildirdi.
Heydər Əliyev dedi ki, Türkiyədən Naxçıvana elektrik enerjisinin verilməsi Naxçıvanın enerji blokadasından çıxması və Naxçıvanda sabit inkişafın əsasının qoyulması deməkdir. O dedi ki, bu hadisəni Azərbaycan və Türkiyə hökumətlərinin iştirakı ilə bir bayram hadisəsi kimi qeyd etmək lazımdır. Heydər Əliyev qeyd etdi ki, o, açılış mərasimində mütləq Türkiyə prezidenti Süleyman Dəmirəlin iştirakını da təmin edəcək.
Görüşümüzün sonunda Heydər Əliyevə məni qəbul etdiyinə, öz qiymətli vaxtının 1,5 saatını ayırdığına görə, Azərbaycan energetikası, Azərbaycan iqtisadiyyatı, energetikanın inkişafı, energetikanın yeni sahələrinin yaradılması zərurəti haqqındakı proqram xarakterli dəyərli məsləhətlərinə və tövsiyələrinə görə təşəkkürlərimi və minnətdarlığımı bildirdim. Türkiyədən Naxçıvana elektrik enerjisinin sınaq verilişində iştirakım haqqında baş nazirə göstəriş verdiyinə görə də Heydər Əliyevə dərin təşəkkürlər etdim.
Azərbaycan tarixinin nəhəngi, dünyanın ən böyük imperiyalarından olan SSRİ-nin hakimiyyət olimpinin zirvəsində olmuş bir dövlət xadimiylə, dünya siyasətinin mühüm simalarından olan Heydər Əliyevlə görüşümüz başa çatdı.

Heydər Əliyevə can sağlığı və uğurlar arzulayaraq onun kabinetindən çıxdım.

Heydər Əliyev tarixlər yaradan bir dahi idi

Heydər Əliyevlə görüşüm mənə görə tarixi hadisə oldu. O böyük siyasətçi və dahi dövlət adamı ilə görüşməyimi 100-lərlə kitablar oxumağımdan üstün hesab edirəm. Mən fəxr edirəm ki, o zaman tarixi əsərlərdən yuxarıda duran, tarixlər yaradan bir dahi ilə görüşdüm!

Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illər intibah dövrü oldu

Heydər Əliyevlə görüşdən sonra mən 1969-82-ci illər arasında Sovet Azərbaycanının tarixinə bir daha nəzər saldım. Bu dövrdə Heydər Əliyev Azərbaycanın rəhbəri olub. Bu dövr Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan elminin, mədəniyyətinin, sənayesinin, kənd təsərrüfatının inkişafının intibah dövrü olub. İntibah tariximizin yaradıcısı Heydər Əliyev olub.
Heydər Əliyev Azərbaycanın böyük iqtisadiyyatını yaratdı.
Heydər Əliyev Bakıda Yaponiya texnologiyası əsasında kondisioner zavodunu yaratdı.
Heydər Əliyev Bakı soyuducular zavodunu yaratdı.
Heydər Əliyev Azərbaycanın müstəqil energetika sistemini və onun tərkib hissəsi olan müstəqil elektroenergetika sistemini yaratdı. Energetika sistemimiz qəzaların aradan qaldırılması məqsədilə Rusiyanın enerji sisteminə qoşulsa da Rusiya olmadan da müstəqil fəaliyyət göstərə bilirdi.
Heydər Əliyevin yaratdığı müstəqil energetika sistemi bu gün də işləyir.

Heydər Əliyevlə görüşdən sonra mən onun SovİKP MK-nın Siyasi bürosunun üzvlüyünə namizəd olduğu illəri xatırladım. Heydər Əliyev həmin illərdə Sovet İttifaqının tarixinin yaranmasında da önəmli fiqurlardan biri oldu.
Heydər Əliyev 1982-87-ci illər arasında SovİKP MK Siyasi bürosunun üzvü, SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini olmaqla Sovet İttifaqının tarixinin yaranmasında bilavasitə iştirak etdi. Bu dövrdə Heydər Əliyev dünyanın ən böyük imperiyalarından olan SSRİ-nin 20-yə yaxın nazirliyinə rəhbərlik etmişdi. O zaman Heydər Əliyev Sovet imperiyasına rəhbərlik edən 12 nəfərdən biri idi. Heydər Əliyev 12 nəfərin hər birindən daha dərin, daha kamil bir dövlət adamı idi. Heydər Əliyev Siyasi Büronun üzvlüyünə namizəd olana qədər Rusiyada Bakını tanıyan yox idi. "Mən Bakıdanam" deyəndə ruslar deyirdi ki, "gürcüsən?". Heydər Əliyev Siyasi Büronun üzvlüyünə namizəd olandan sonra SSRİ-də hamı Azərbaycanı və Bakını tanıdı. Heydər Əliyev Siyasi Büronun üzvü olandan sonra Azərbaycan dünya miqyasında tanındı.
Heydər Əliyev Siyasi Büro üzvlüyünə namizəd, Siyasi Büronun həqiqi üzvü olan zamanlarda Sovetlər İttifaqının imkanlarından Azərbaycanın xeyrinə maksimum istifadə edib.

1991-93-cü illər arasında Heydər Əliyev Naxçıvanı enerji blokadasından xilas etdi. Bu dövrdə Heydər Əliyev Naxçıvanı da, Naxçıvan əhalisini də erməni işğalından xilas etdi. Heydər Əliyev blokada şəraitində olan Naxçıvanın enerji sistemini yaratdı.

O, Azərbaycanı dünya siyasətinə təsir edən ölkələr sırasına yüksəltdi

1993-2003-cü illər arasında Heydər Əliyev Azərbaycana başçılıq edərkən, Azərbaycanı 3 yerə parçalanmaqdan xilas etdi, Heydər Əliyev xarici neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycanın müstəqilliyini əbədiləşdirdi. "Əsrin müqaviləsi"ni imzalamaqla Heydər Əliyev Azərbaycanda dövlət çevrilişlərinə son qoydu. Bakı-Tbilisi-Ceyhan neft kəmərini çəkməklə Heydər Əliyev Azərbaycanı regional və qlobal dünya siyasətinə təsir edən ölkələr səviyyəsinə yüksəltdi.

Prof.Dr. Qüdrət İsaqov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub.
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 17-ə olan USD/AZN məzənnəsini
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
2017-ci ilin iki həftəsi ərazisində ölkədə intihar edənlərin statistikası
reklam
Cəbhədə silahlar susmur
Cəbhədə silahlar susmur
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Füzuli rayonunun
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə,
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Hadisə Tonqariro Milli Parkında baş verib. Avtobusda 14 turist və sürücü
 
XİA.az - TƏQDİMAT