"Heydər Əliyevin prezidentliyi, Azərbaycan xalqının əbədi xoşbəxtliyi idi!"

"Heydər Əliyevin prezidentliyi, Azərbaycan xalqının əbədi xoşbəxtliyi idi!"
1993-cü ilin 3 oktyabr günü, Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dövlətimizin qüdrətli təməlləri atılmış oldu bu günkü günün yekununda. Ölkənin xilasından, xalqımızın əsl azadlığa və işıqlığa çıxdığı bir gündən,Ulu Öndər Heydər Əliyevin ilk prezident seçilməsindən 22 il keçir. 22 il öncə bütün Azərbaycan xalqı öz seçimini etdi, milyonlala insan israrla Onun dövlət başına gəlməsini tələb etdi. Məhs xalqın təkidli və israrlı qəti tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev o dəhşətli günlərdə xalqın köməyinə yetişdi. Yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın qüdrətli bir liderə, güclü iradəyə malik birisinə ehtiyacı vardı, o şəxs isə Heydər Əliyev idi. Məhs bunun üçün xalq onu tələb edirdi. Xalqın istəyini nəzərə alan Heydər Əliyev Bakıya gəlib, xalqın ondan tələb etdiyi vəzifənin icrasına başladı. Çox qısa müddətdə Azərbaycanı bütün təhlükələrdən xilas edən qüdrətli liderin, dahi şəxsiyyətin bu sabitliyin və dövlətimizin suverenliyinin hər zaman qorunub saxlanması üçün prezident seçilməsi ən vacib və mühüm bir amil idi. 1993-cü ilin oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin 98,8 faizinin səsini qazanaraq prezident seçilən Ulu Öndər Heydər Əliyev qarşısında duran bütün mühüm vəzifələri icra etməyə başladı. Xalqın etimadını hər an doğruldan Heydər Əliyev, yalnız xalqın istədiyi və görmək istədiyi bir lider oldu. Azərbaycan xalqı 1993-cü ilin 03 oktyabr tarixində öz iradəsini ortaya qoyaraq Heydər Əliyevi prezident seçməklə öz taleyini əbədiyyən həll etmiş oldu. Bu günkü gün, işıqlı gələcəyimizin özülünü qoydu, nurlu sabahımızın zəminini yaratdı. Öz seçimində və şəxsi iradəsinin yerinə yetirilməsində yanılmayan Azərbaycan xalqı, məhs Heydər Əliyevin ölkəyə rəhbərliyini tələb və təmin etməklə əbədi xoşbəxtliyinə qovuşdu. Parçalanmaq, yox olmaq təhlükəsi qarşısında qalan ölkə, Heydər Əliyevin siyasi düşüncəsi, parlaq zəkası, müdrik siyasəti, yüksək dünya görüşü və zəngin dövlətçilik təcrübəsi sayəsində sürətli inkişafa nail olaraq regionun ən qüdrətli ölkəsinə çevrildi. Heydər Əliyevin Azərbaycana bəxş etdiyi yüksək dəyərlər, bəlkədə dünyanın heçbir yerində olmayan yüksək Tolereantlığın, mədəniyyətlərarası sivilizasiyanın ən üstün şəkildə nümunəsi idi. Dinindən, dilindən, etnik mənşəyindən asılı olmayaraq hər bir azərbaycanlının sevdiyi əbədiyaşar lider olan Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının prezidenti və arzusunda olduğu, daim dövlət başında görmək istədiyi bir ölkə rəhbəri oldu. Azərbaycana rəhbərlik etdiyi dövrdə hər kəsin ümidini doğruldan, qəlbindəki ümid çırağını yandıran Heydər Əliyev uşaqdan böyüyə, qocadan cavana bütün qəlbləri fəth etdi. Azərbaycanın yüksələn xəttlə artan qüdrətinin təməlində dahi şəxsiyyətin qurduğu zəngin dövlətçilik dəyərləri dayanır. Bu günkü müstəqil dövlətimizin qurulması, ölkəmizin yüksək inkişafının başlanğıcı, Azərbaycanın qısa müddətdə bütün dünyaya tanıdılması Heydər Əliyevin möhtəşəm imzası idi.

Mirsamir Məmmədov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Prezidentdən sensasion bəyanatlar:
Prezidentdən sensasion bəyanatlar: - mesaj ünvanına çatdı
Mayın 26-da “Buta” sarayında Azərbaycan Respublikasının milli bayramı -
Azərbaycanlı bərbərdən qeyri-adi üsul:
Azərbaycanlı bərbərdən qeyri-adi üsul: - Bu dəfə şüşə ilə saç kəsdi – VİDEO
Gözübağlı saç kəsən, saçı az olanlara xına vasitəsilə saç effekti verən,
Manatın 4 günə olan məzənnəsi açıqlandı
Manatın 4 günə olan məzənnəsi açıqlandı
Mayın 30-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata
reklam
Rusiya aviasiyası İŞİD-in 120-ə yaxın terrorçusunu məhv edib
Rusiya aviasiyası İŞİD-in 120-ə yaxın terrorçusunu məhv edib
Rusiya aviasiyası "İslam dövləti" terror qruplaşmanın Rakkadan Palmiraya
Türkiyədə avtobus aşıb:
Türkiyədə avtobus aşıb: - 8 nəfər ölüb
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. XİA.az APA-ya istinadən
Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur
Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur - VİDEOREPORTAJ
Kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq avtomobil
 
XİA.az - TƏQDİMAT