Uşaqların ən yaxın dostu

Uşaqların ən yaxın dostu
H. Əliyev şəxsiyyətinin dahiliyi, onun əvəzolunmazlığını sübut edən ən birinci fakt məhz odur ki, o böyüklərə nə qədər sərt və tələbkar idisə, eyni zamanda uşaqlara qarşı son dərəcə nəzakətli və mərhəmətli idi. O, uşaqları hədsiz sevgi ilə sevir və onların hər birinə öz balası kimi münasibət bəsləyirdi. H.Əliyev uşaqların təhsilinə, onların savadlı və cəmiyyət üçün yaralı olmalarına çalışmışdır.O, hər zaman "Uşaqlar bizim gələcəyimizdir" deyirdi və əgər bir dövlət öz gələcəyini işıqlı, parlaq görmək istəyirsə gərək uşağa xüsusi diqqət yetirsin. Bu da H. Əliyev siyasətinin əsas yollarından biridir. O, kimsəsiz uşaqların rahat həyat keçirmələrini təmin etmişdir. Bu məqsədlə o bir çox uşaqları dövlət hesabına xaricdə təhsil almalarına imkan yaratmışdır. Uşaqların hər biri onu öz babası, doğma insanı kimi sevirdilər. Heç bir tədbir H. Əliyevsiz keçmirdi. O, hər kəsin, mənim də, sənin də çox yaxın dostu idi. Təəssüf ki, o bu gün bizimlə deyil və artıq bizim tədbirlər onsuz, o, böyük insansız keçir. Bu bizi çox üzür. Amma gəlin əyilməyək. Çünki bu gün H.Əliyev yoxdursa, onun yolunu layiqincə davam etdirən İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva kimi insanlar var.
Bu gün böyük insanın adını daşıyan fondun sayəsində bir çox yeni uşaq evləri tikilmiş, yüzlərlə tədris və mədəniyyət ocaqları, uşaq bağçaları, yeni avropa üsulu ilə təmir edilmiş və bir çox təhsil ocaqları kompyuterlərlə təmin olunmuşdur. Bu gün biz belə dinc şəraitdə yaşadığımız üçün Heydər Əliyevə və onun irsini layiqincə davam etdirən İlham Əliyev və Mehriban xanım Əliyevaya borcluyuq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan-İran sərhədində insident
Azərbaycan-İran sərhədində insident
Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Goranboy rayonunun Şəfibəyli
reklam
Bakıda özünü dənizə ataraq intihar edən şəxs 4 uşaq atası olub
Bakıda özünü dənizə ataraq intihar edən şəxs 4 uşaq atası olub - VİDEO
Dünən depressiv halda bulvara gələn 39 yaşlı şəxs burada özünü dənizə
Mikayıl Müşfiqin heykəli bərpa olunaraq, yerinə qoyulub
Mikayıl Müşfiqin heykəli bərpa olunaraq, yerinə qoyulub - VİDEO
Mikayıl Müşfiqin heykəli yerinə bərpa olunub. XİA.az xəbər verir ki, bu
İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə
 
XİA.az - TƏQDİMAT