HEYDƏR ƏLİYEV - “Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun”

HEYDƏR ƏLİYEV
Biz müstəqil Azərbaycan Respublikası qururuq. Dövlətimizi, torpaqlarımızı qorumaq lazımdır. Torpaqlarımızı qorumaq üçün şübhəsiz ki, şəhid də verməliyik. Əgər qan tökülməsə, o Vətən deyil. Şəhid olmasa, o Vətən müstəqil dövlət ola bilməyəcək. Bunlar təbiidir. Hər bir itki, hər bir vətəndaşımızın şəhid olması qəlbimizi sıxır, bizdə kədər hissi doğurur. Eyni zamanda şəhidlik səviyyəsinə çatmış insanların qəhrəmanlığı bizdə qürur hissi doğurur.
Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, Milli Ordumuzun yaranması haqqında biz vaxtında düşünmüşük. Nəinki, düşünmüşük, on illər bundan əvvəl tədbirlər görmüşük və onlar indi öz nəticəsini verir. Xatirimdədir, 1970-ci ildə, 25 il bundan öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan, ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da mənim həyatımda gördüyüm işlərin içərisində bu addımımı, bu işin təşəbbüsünü o dövrdən artıq 25 il keçəndən sonra da şəxsən özüm üçün çox yüksək qiymətləndirirəm.
Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovetlər İttifaqının çərçivəsində belə bir qeyri-adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovetlər İttifaqı ordusunun tərkibində Azərbaycanın zabit korpusu, zabitləri olsun. Mən istəyirdim ki, Azərbaycan zabitləri Sovet İttifaqı ordusunun tərkibində özlərinə layiq yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovetlər İttifaqına yaya bilsinlər. Mən istəyirdim ki, zabitlər korpusumuz olsun, çünki bu Azərbaycanın gələcəyi üçün lazım idi. O vaxt bunu dərk edə bilməyən adamlar da, buna adicə bir hadisə, tədbir kimi baxanlar da indi yəqin artıq bilirlər ki, bu addımı atarkən nə qədər böyük uzaqgörənlik olmuşdur. İxtisaslaşdırılmış bu hərbi məktəb, Azərbaycanın böyük sərkərdəsi general Cəmşid Naxçıvanskinin adını daşıyan məktəb yaşadı, inkişaf etdi, kadrlar hazırladı.
İndi mən hərbi hissələrdə, döyüş bölgələrində, cəbhədə olarkən zabitlərlə rastlaşıram. Çoxları mənə yanaşır, xatırladırlar ki, həmin Cəmşid Naxçıvanski adına hərbi məktəbdə oxuyublar. Orada mənimlə görüşüblər. Doğrudan da, mən həmin məktəbi nəinki yaratdım, hər il bir neçə dəfə oranı ziyarət edirdim. O məktəbin yaşaması, maddi-texniki bazasının yaradılması, inkişaf etməsi, genişlənməsi üçün lazım olan bütün tədbirləri görürdüm, heç bir şeyi əsirgəmirdim. Ona görə də mən orada oxuyan və təhsil alan gənclərin hamısı ilə görüşmüşdüm. Elə bir gənc ola bilməz ki, onunla görüşməyim. Hər dəfə 13, 14, 15 yaşında oğlanlar orada hərbi paltarda, hərbi intizamla, əsgəri addımlarla bizim önümüzdən keçib gedəndə bəzən gözlərindən yaş gəlirdi. Mən onlara baxdıqca düşünürdüm ki, nə qədər gözəl bir iş görmüşük və bu Azərbaycanın gələcəyi üçün nə qədər lazımdır!
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci il mayın 27-də Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun büstünün açılış mərasimindəki çıxışından

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub.
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 17-ə olan USD/AZN məzənnəsini
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
2017-ci ilin iki həftəsi ərazisində ölkədə intihar edənlərin statistikası
reklam
Cəbhədə silahlar susmur
Cəbhədə silahlar susmur
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Füzuli rayonunun
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə,
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Hadisə Tonqariro Milli Parkında baş verib. Avtobusda 14 turist və sürücü
 
XİA.az - TƏQDİMAT