“Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda çempionat keçirilib

“Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda çempionat keçirilib
“Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Breyn Rinq üzrə respublika çempionatı keçirilib.
Yarış Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Masallı Rayon Təhsil Şöbəsinin dəstəyi ilə Masallı “ASAN” İntellektual İnkişaf Mərkəzində təşkil edilib.
Çempionatın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin gənc nəsil arasında təbliği, onların elmə, maarifləndirici yarışlara marağının artırılması, məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır.
Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyduğunu, multikulturalizm və tolerantlıq sahəsində görülən işləri yarış iştirakçılarının diqqətinə çatdırıblar.
Daha sonra yarışlara start verilib. Maraqlı mübarizə şəraitində keçən yarışın nəticəsinə əsasən Bakı Dövlət Sosial İqtisadi Kolleci 1-ci yer, Bakı Dövlət İqtisadiyyat və Humanitar kolleci 2-ci yer, Astara Pedaqoji Kolleci isə 3-cü yeri tutub.
Qaliblər Təhsil Nazirliyi, Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin diplom və hədiyyələri ilə təltif olunublar.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dollar sürətlə bahalaşır
Dollar sürətlə bahalaşır - HƏRRAC
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə
reklam
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir
Krımda azərbaycanlı iş adamı həbs olunub
Krımda azərbaycanlı iş adamı həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində
 
XİA.az - TƏQDİMAT