FHN Akademiyasında Heydər Əliyevin xatirəsi anıldı

FHN Akademiyasında Heydər Əliyevin xatirəsi anıldı
Dekabrın 9-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla anılıb.

APA TV-nin xəbərinə görə, akademiyada fəaliyyət göstərən “Heydər Əliyev Məktəbinin lektoriyası”nın növbəti məşğələsi də ulu öndər Heydər Əliyevin zəngin irsinin gənc nəslə çatdırılması məqsədilə təşkil olunub. Lektoriyanın qonağı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov olub.

Əvvəlcə ulu öndərin abidəsinin önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilib. Sonra tədbir ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov tədbiri açıq elan edərək, ulu öndərin zəngin həyat yolu və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Pənah Süleymanov qeyd edib ki, ulu öndər Heydər Əliyev zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Azərbaycan xalqı ulu öndərin adını hər zaman əziz tutur, dövlətimizin xilaskarı, qurucusu və memarı kimi tanıyır. Ümummilli lider Heydər Əliyev öz xidmətləri ilə sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük Azərbaycan oğludur. Azərbaycan xalqı xoşbəxtdir ki, ulu öndərin əsasını qoyduğu mütərəqqi siyasi kurs bu gün Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən böyük məharətlə davam və inkişaf etdirilir.

Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərək, dahi rəhbərin ömrünün və titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirib. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və əbədiyyətə çevrilməsi, milli dövlətçiliyimizin inkişafı, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlılarının vəhdətinin yaradılması məhz müdrik şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindəndir. Bu gün ulu öndərin müəyyən etdiyi strateji inkişaf xətti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dünya gözəli seçilən iranlı aktrisalar
Dünya gözəli seçilən iranlı aktrisalar
45 yaşlı Niki Kərimi siyahıda 14-ci yeri tutub. Onun həmyerlisi 33 yaşlı
Moskvada Qarabağ danışıqlarının gizli
Moskvada Qarabağ danışıqlarının gizli - Detalları
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə,
Ermənistan boşalır:
Ermənistan boşalır: - Ölkə əhalisi 13 min nəfər azaldı
2017-ci ilin yanvar-mart aylarında ölkədə yeni doğulan körpələrin sayı
reklam
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl
Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb
XİA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən
 
XİA.az - TƏQDİMAT