Heydər Əliyevin anım günü ilə bağlı QMİ-də tədbir keçirilib

Heydər Əliyevin anım günü ilə bağlı QMİ-də tədbir keçirilib
Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Məlumata görə, tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri, Azərbaycandakı dini konfessiyaların nümayəndələri iştirak edib.

QMİ sədri Heydər Əliyevin Azərbaycan üçün xidmətlərindən danışıb: “90-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi məhv olmaq ərəfəsində idi. Heydər Əliyev Allah və xalqın köməyi ilə daxili düşmənləri neytrallaşdırdı, Azərbaycan dövlətini böyük bəlalardan xilas etdi. Bu gün biz regionda lider dövlətik. Bu gün müəyyən çətinliklər də var. Amma bu çətinlikləri dəf etmək olar”.

Tədbirdə sənədli film nümayiş olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Heydər Əliyev ən mürəkkəb vaxtlarda müqəddəs məkanları ziyarət edib: "Heydər Əliyev islam aləminə sadiq bir insan olub. Onun islami dəyərlərə necə böyük önəm verdiyini görmüşük. Heydər Əliyev həmişə bizə mənəvi dəyərləri qorumağı tövsiyə edib".

Tədbir çıxışlarla davam etdirilib.

Anım mərasimində Heydər Əliyevin və şəhidlərin ruhuna dualar oxunub./APA/

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT