Prezident İlham Əliyev: Yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaq

Prezident İlham Əliyev: Yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaq
Bolqarıstan Prezidenti Rumen Radev yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Rumen Radev dövlətimizin başçısını Yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bolqarıstan Prezidenti, eyni zamanda, bu yaxınlarda Bakıdan Sofiyaya birbaşa hava xəttinin açılması ilə bağlı Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev, öz növbəsində, Bolqarıstan Prezidenti Rumen Radevə Yeni il münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı yeni açılmış Bakı-Sofiya hava xəttinin Azərbaycan-Bolqarıstan əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Bolqarıstan Prezidenti “Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla davam etdirilir, bu il TANAP layihəsinin başa çatması gözlənilir və yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaqdır.

Söhbət zamanı Prezident Rumen Radev Azərbaycan Prezidentini Bolqarıstana rəsmi səfərə dəvət edib.

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Suriyadan şok açıqlama:
Suriyadan şok açıqlama: - Türkiyəni dərhal vuracağıq
Nazir müavini həmçinin türk qırıcılarının Suriyada əməliyyata başlayacağı
İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100
Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?
Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?
Qazaxıstan prezidentinin ABŞ-a səfəri əsnasında Vaşinqton-Moskva
reklam
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşdı
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,21 dollar və ya 0,30%
Ermənilər  mövqelərimizi 126 dəfə atəşə tutub
Ermənilər mövqelərimizi 126 dəfə atəşə tutub
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan
 
XİA.az - TƏQDİMAT
FAKT