İlham Əliyev Serbiyanın Baş nazirinin birinci müavini ilə görüşüb

İlham Əliyev Serbiyanın Baş nazirinin birinci müavini ilə görüşüb
Prezident İlham Əliyev Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının əhəmiyyətinə toxundu. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı vurğuladı ki, Serbiya Azərbaycan üçün dost və tərəfdaş ölkədir. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər nazirinin səfərinin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı.

Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu qeyd edən İvitsa Daçiç əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.

Dövlət başçısı Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur
Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur - VİDEO
Təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimiz daim ölkə
Müharibə hazırlıqları başladı:
Müharibə hazırlıqları başladı: - Türkiyəyə hücum?
Həyatınız boyu kirayə döyüş vasitəsi gördünüzmü? Eşitdinizmi? Vardır yəqin
reklam
Nazirlikdən xəbərdarlıq:
Nazirlikdən xəbərdarlıq: - uşaqlarınızı ora aparmayın
Dünyada suçiçəyi xəstəliyinə qarşı peyvənd tətbiq olunsa da, Azərbaycanda
MM-in iclası başladı:
MM-in iclası başladı: - Nələr nüzakirə ediləcək?
İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin
Ramiz Mehdiyev Ceyhun Bayramovu kollektivə təqdim etdi
Ramiz Mehdiyev Ceyhun Bayramovu kollektivə təqdim etdi
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təhsil naziri
 
XİA.az - TƏQDİMAT