Azərbaycan Prezidenti: - Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar özümüzü yetərincə inamlı hiss etməyə imkan verir

Azərbaycan Prezidenti:
Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar özümüzü yetərincə inamlı hiss etməyə imkan verir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir: “Bu istiqamətdə çox iş görülüb. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib. Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq”.

Azərbaycan Prezidenti bildirib ki, silahların alınması məsələsinə gəldikdə, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək: “Bununla paralel olaraq, təqribən 10 il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Ona görə ki, o vaxta qədər biz hərbi məhsullar istehsal etmirdik. Bu gün isə belə məhsulları nəinki istehsal edir, həm də ixrac edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur
Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur - VİDEO
Təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimiz daim ölkə
Müharibə hazırlıqları başladı:
Müharibə hazırlıqları başladı: - Türkiyəyə hücum?
Həyatınız boyu kirayə döyüş vasitəsi gördünüzmü? Eşitdinizmi? Vardır yəqin
reklam
Nazirlikdən xəbərdarlıq:
Nazirlikdən xəbərdarlıq: - uşaqlarınızı ora aparmayın
Dünyada suçiçəyi xəstəliyinə qarşı peyvənd tətbiq olunsa da, Azərbaycanda
MM-in iclası başladı:
MM-in iclası başladı: - Nələr nüzakirə ediləcək?
İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin
Ramiz Mehdiyev Ceyhun Bayramovu kollektivə təqdim etdi
Ramiz Mehdiyev Ceyhun Bayramovu kollektivə təqdim etdi
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təhsil naziri
 
XİA.az - TƏQDİMAT