Prezident İlham Əliyev: "Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa səs verib"

Prezident İlham Əliyev: "Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa səs verib"
"Daha güclü Azərbaycan quracağıq"
Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib.

Dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının yenidən ona böyük etimad göstərdiyini, sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiyini bildirib.


Bu etimada görə xalqa təşəkkür edən prezident İlham Əliyev bildirib ki, xalq-iqtidar birliyi Azərbaycanda inkişafın əsasında durur:“Son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar bizim mövqeyimizi, ədaləti dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul ediblər. Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda, döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad edib. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizlənib və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək”.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələrindən biridir : “Rəqabət qabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilibdir. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Bizim təşəbbüsümüz və fəal iştirakımızla o layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritələri yenidən tərtib olunur. Azərbaycan dövləti heç vaxt bugünkü qədər güclü olmamışdır. Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq. Keçdiyimiz yol, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!”(apa)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Tramp:
Tramp: - “Bir ay əvvəl Suriyada ABŞ və Rusiya arasında şiddətli toqquşma olub"
D.Tramp həmçinin bildirib ki, bir ay əvvəl Suriyada ABŞ və Rusiya
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
“Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev
Qızıl və neft bahalaşıb
Qızıl və neft bahalaşıb
Amerika fond bazarında "Dow Jones" indeksi 0,16% - 24 748,07 bəndədək
reklam
ETSN:
ETSN: - Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli
Bakının İrəvan siyasəti:
Bakının İrəvan siyasəti: - Sərkisyan elə bir etiraf etdi ki...
Bu sözləri Axar.az-a açıqlamasında Serj Sərkisyanın ötən gün Ermənistan
Erməni ordusu cəbhədə təxribat törətdi:
Erməni ordusu cəbhədə təxribat törətdi: - yaralı var
Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci
 
XİA.az - TƏQDİMAT