İlham Əliyev Britaniya parlamentinin bir qrup üzvü ilə görüşüb

İlham Əliyev Britaniya parlamentinin bir qrup üzvü ilə görüşüb
Prezident İlham Əliyevin Londonda Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Bləkmən, Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morris ilə birgə görüşü olub.

Görüşdə Britaniya parlamentinin üzvləri dövlətimizin başçısını prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdilər. Lord Devid Evans və Devid Morris ölkəmizdə səsvermə prosesini müşahidə etdiklərini və seçkilərin yüksək səviyyədə təşkil olunduğunu dedilər.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı seçkilər zamanı səsvermənin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şəraitin yaradıldığını dedi.

Görüşdə Azərbaycanda davamlı inkişafın təmin edildiyi qeyd olundu. Britaniya parlamentinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupları ilə əməkdaşlıq məsələləri müzakirə olundu.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Yay turizm mövsümünün başlanması ərəfəsində Dövlət Miqrasiya Xidmətinin
Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin inzibati
Türkiyənin daha 3 vilayətində neft tapıldı
Türkiyənin daha 3 vilayətində neft tapıldı
Məlumata əsasən, neft Türkiyənin cənub-şərqindəki Mardin, Şırnak və Bitlis
reklam
DİM sədri:
DİM sədri: - Abituriyentlərin intihar etməsi bizə aid məsələ deyil
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə
Nazarbayev:
Nazarbayev: - Heydər Əliyev MDB-nin təşəkkülündə böyük rol oynayıb
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Azərbaycanla Qazaxıstan
Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir
Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, uzun müddət
 
XİA.az - TƏQDİMAT