Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Məktubda deyilir:

"Möhtərəm cənab Prezident. Yenidən dövlət başçısı seçilməyiniz və xalqınızın Zati-alinizə böyük etimadının aydın təzahürü olan inamlı qələbəniz münasibətilə Sizi İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə ölkələrimiz arasındakı münasibətlərin daim qarşılıqlı məmnunluq doğuracağına əminliyimi ifadə edir və bu xoş fürsətdən istifadə edərək Sizə ən səmimi salamlarımı çatdırıram".

Dünya Taekvando Federasiyasının prezidenti Çunq Von Çodan:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Dünya Taekvando Federasiyası adından səmimi qəlbdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz Azərbaycanın inkişafı naminə gördüyünüz böyük işlərə xalqın verdiyi qiymətin təsdiqidir.

Dünya Taekvando Federasiyası ilə Azərbaycan Respublikası arasında çox gözəl işgüzar münasibətlər mövcuddur. Son illər ərzində idmanın taekvando növü Azərbaycanda çox geniş inkişaf edib və biz bu işdə Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Federasiyamızın hər bir üzvü Azərbaycanda taekvandonun daha da inkişaf etməsi üçün Sizinlə sıx əməkdaşlıq etmək niyyətindədir.

Zati-aliləri, Sizə prezidentliyinizin yeni dönəmində daha böyük uğurlar arzulayıram".

XXX

Beynəlxalq Paralimpiya Komitəsinin sabiq prezidenti Filip Kravendən:

"Cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Milli Paralimpiya Komitəsinə göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Azərbaycan Milli Paralimpiya Komitəsinin sürətlə inkişaf etməsini görmək məni çox sevindirir. Paralimpiya oyunlarına nisbətən yeni qoşulan bir ölkənin idmanın bu sahəsində yüksək uğurlar qazanmasını görmək çox xoşdur. Bu uğurlar Sizin Milli Paralimpiya Komitəsinə göstərdiyiniz yüksək diqqət və qayğının nəticəsidir.
Prezidentliyinizin yeni dönəmində Sizə daha böyük uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Milli Paralimpiya Komitəsi qarşıdakı illərdə daha böyük nailiyyətlər əldə edəcəkdir".

XXX

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Francis Qarridən Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək.

İnanıram ki, Azərbaycan Respublikası ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında ən yüksək səviyyədə olan əlaqələr davam etdiriləcək və gələcəkdə daha da möhkəmlənəcək.

Hörmətli cənab Prezident, mənim ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinqdən Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq Miqrasiya Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməyi özümə şərəf bilir və bundan məmnunluq duyuram.

Miqrasiya XXI əsrin qlobal gündəliyində əsas məsələlərdən biri kimi yer alıb və ölkənizdə bu məsələyə xüsusi diqqət yetirilir. Beynəlxalq Miqrasiya Təşkilatı 1996-cı ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir və miqrasiya ilə bağlı məsələlərin həllində hökumətinizə yardım edir.

Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən miqrasiyanın fərdlər, icmalar və ümumiyyətlə cəmiyyət üçün yaratdığı imkanların daha yaxşı tənzimlənməsi istiqamətində hökumətinizlə Bakıda, Cenevrədə və digər yerlərdə müzakirələri davam etdirmək niyyətindəyik.

Səmimi qəlbdən inanıram ki, Azərbaycan Respublikası ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq möhkəmlənməkdə və dərinləşməkdə davam edəcək və ölkənizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Zati-aliləri, prezidentliyinizin yeni dönəmində Sizə böyük uğurlar diləyir və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

ölke.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT