İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç dövlətimizin başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi. Nenad Laloviç Bakıda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini vurğuladı. O, məmnunluq hissi ilə qeyd etdi ki, Azərbaycan güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasındadır.

Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkil olunduğu məkana çevrildiyini qeyd edən Nenad Laloviç 2015-ci ildə birinci Avropa Oyunlarının ölkəmizdə çox gözəl təşkilinin dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənildiyini dedi. Azərbaycan güləşçilərinin əldə etdiyi uğurlara toxunan qonaq ABŞ-da sərbəst güləş üzrə dünya kuboku yarışlarında Azərbaycan yığma komandasının ikinci yer tutmasının önəmini qeyd etdi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını bildirdi, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını məmnunluqla qeyd etdi.

Nenad Laloviç müxtəlif illərdə güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı “Qızıl Ordeni” dövlətimizin başçısına təqdim etdi.

Dövlətimizin başçısı mükafata görə minnətdarlığını bildirdi.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Yay turizm mövsümünün başlanması ərəfəsində Dövlət Miqrasiya Xidmətinin
Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin inzibati
Türkiyənin daha 3 vilayətində neft tapıldı
Türkiyənin daha 3 vilayətində neft tapıldı
Məlumata əsasən, neft Türkiyənin cənub-şərqindəki Mardin, Şırnak və Bitlis
reklam
DİM sədri:
DİM sədri: - Abituriyentlərin intihar etməsi bizə aid məsələ deyil
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə
Nazarbayev:
Nazarbayev: - Heydər Əliyev MDB-nin təşəkkülündə böyük rol oynayıb
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Azərbaycanla Qazaxıstan
Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir
Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, uzun müddət
 
XİA.az - TƏQDİMAT