İlham Əliyev Rusiyanın daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev Rusiyanın daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.

Dövlətimizin başçısı Vladimir Kolokoltsevin Azərbaycana səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirərək, iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu qeyd etdi. Azərbaycan ilə Rusiyanın dost ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə fəal əməkdaşlıq həyata keçirdiyini bildirdi. Dövlətimizin başçısı bu baxımdan ölkələrimizin Daxili İşlər nazirlikləri arasında çox səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərə toxunaraq, sentyabr ayında özünün Rusiya Federasiyasına rəsmi səfərini, sonra isə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini ölkələrimiz arasında mövcud olan qarşılıqlı fəaliyyətin xarakterinin və etimadın əyani nümunəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu səfərlər zamanı digər məsələlərlə yanaşı, hüquq-mühafizə orqanları arasında əlaqələr də müzakirə edilib və bu sahədə də əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev qəbula görə minnətdarlığını bildirdi. O qeyd etdi ki, bu ilin iyul ayında MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edən zaman Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən söylənilən xoş sözlər tədbir iştirakçılarında böyük məmnunluq hissi doğurub.

Ölkələrimizin ikitərəfli münasibətlərinə toxunan Vladimir Kolokoltsev bildirib ki, dövlət başçıları arasında son bir ildə 5 görüşün keçirilməsi bu münasibətlərin inkişaf strategiyasının bundan sonra da möhkəmləndirilməsinin vacib olduğunu göstərir. Eyni zamanda, Aktau şəhərində Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmış sənədlər də hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti üçün bir təkan rolu oynayıb.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT