İlham Əliyev Sloveniya Milli Şurasının sədrini qəbul edib

İlham Əliyev Sloveniya Milli Şurasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanı qəbul edib.

Dövlət başçısı Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkaya VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirdi və onun səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Sloveniya Milli Şurasının sədri Aloyz Kovşka ölkələrimiz arasında hələ keçmişdən çox yaxşı əlaqələrin mövcud olduğunu dedi və bildirdi ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlar var. O, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq doğuran sahələrin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığını və gələcəkdə bu istiqamətdə işlərin görüləcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı, öz növbəsində, Azərbaycan ilə Sloveniya arasında əlaqələrin uğurla inkişaf etdiyini dedi, əlaqələrimizin inkişafında prezidentlər səviyyəsində qarşılıqlı rəsmi səfərlərin önəmini qeyd etdi və özünün Sloveniyaya rəsmi səfərini məmnunluqla xatırladı. İkitərəfli əlaqələrimizin daha da genişləndirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlıq sahələrinin müəyyənləşdirilməsinin əhəmiyyətinə toxundu və bu baxımdan qarşılıqlı ticarətin səviyyəsinin artırılmasının vacibliyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, hər iki ölkədən olan şirkətlər Azərbaycan ilə Sloveniya arasındakı mövcud yaxşı siyasi mühitdən faydalanaraq öz fəaliyyətlərini daha da genişləndirə bilərlər.

Sloveniyada səfərdə olarkən orada Mehdi Hüseynzadənin memorialını ziyarət etdiyini məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında humanitar əməkdaşlığın və eləcə də çox mühüm əhəmiyyət daşıyan turizmin inkişaf etdirilməsi üçün də yaxşı perspektivlərin olduğunu bildirdi.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT