Prezident: - Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq

Prezident:

Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Minskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

"Bu gün bizim münasibətlərimizin səviyyəsi məhz elədir ki, istənilən məsələləri açıq müzakirə etməyə imkan verir. Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, bizdə heç bir qapalı mövzu və əməkdaşlığımızın heç bir sahəsində qətiyyən məhdudiyyət yoxdur. Biz bu gün gələcəkdə münasibətlərimizin xarakterini müəyyənləşdirəcək xeyli sənəd imzaladıq. Mən onların arasında, ilk növbədə, əlbəttə, prezidentlərin Birgə Bəyanatını qeyd edərdim. Bu, əməkdaşlığımızın əsas istiqamətlərini ehtiva edən, ölkələrimizin siyasi iradəsini ifadə edən mühüm siyasi sənəddir", - deyə o bildirib.

Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istədiyini deyib:

"Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
reklam
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Rüfət Quliyev: “Sürücülük təcrübəsi 3 ildən az olanlar belə hava
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
15 Yanvar 2018 – ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi
 
XİA.az - TƏQDİMAT