İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib

İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperi və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edib.

Abraham Kuper hələ sovetlər dövründə Azərbaycanda olarkən xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən dini icmaların azad fəaliyyəti üçün şəraitin yaradıldığının şahidi olduğunu dedi. Ravvin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün dini icmaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dinc və sərbəst fəaliyyəti üçün yüksək şəraitin yaradıldığını məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələrinin tarixən dinc yanaşı yaşadığını qeyd edərək, bu ənənələrin çoxəsrlik tarixə malik olduğunu bildirdi və müstəqillik dövründə bu meylin uğurla davam etdirildiyini, multikulturalizmin dövlət siyasətinin prioritetlərindən biri olduğunu, milli və dini tolerantlığın yüksək dərəcədə təmin edildiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, bütün bunlar dövlətin həyata keçirdiyi siyasəti və xalqın iradəsini əks etdirir. Müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə bir ailə kimi dostluq şəraitində yaşadıqlarını vurğulayan Prezident İlham Əliyev onların Azərbaycanın ümumi inkişafına töhfə verdiklərini dedi. Dövlətimizin başçısı ravvin Abraham Kuperin və yevangelist icmasının nümayəndəsi Conni Murun ölkəmizə səfərinin əməkdaşlığın və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
reklam
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Rüfət Quliyev: “Sürücülük təcrübəsi 3 ildən az olanlar belə hava
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
15 Yanvar 2018 – ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi
 
XİA.az - TƏQDİMAT