Prezident İlham Əliyev: Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim

Prezident İlham Əliyev:  Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim

Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu il məcburi köçkünlər üçün çox böyük işlər görülüb. 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilib və onlara təqdim edilib: "Bu, son illərdə rekord göstəricidir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilmişdir və biz bu siyasəti gələn il də davam etdirəcəyik.

Əlbəttə ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır və bu iqtisadiyyat var. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb".

İlham Əliyev vurğulayıb ki, ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur: "Dünya Bankının “Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir.

Biz müasir texnologiyalara böyük əhəmiyyət veririk. Bu il bizim üçüncü peykimiz orbitə buraxılmışdır. Bu, böyük hadisədir. Azərbaycan dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür və bu sahədə öz mövqelərimizi möhkəmləndiririk".

Prezident bildirib ki, bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub: "May ayında biz bu möhtəşəm tədbiri qeyd etmişdik. Bu, böyük tarixi nailiyyətdir. Eyni zamanda, bu ilin iyun ayında TANAP layihəsi də rəsmi olaraq açıldı və beləliklə, Cənub Qaz Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yarandı. Bu, bizim tarixi nailiyyətimizdir və Azərbaycan xalqı bundan sonra onilliklər ərzində bu layihələrin faydasını görəcək.

Bu il Ələt Ticarət Limanının açılışını qeyd etdik. Bu da tarixi layihədir. Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri bizim ərazimizdən keçir. Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək”.

Dövlət başçısı qeyd edib: “Bildiyiniz kimi, ilin əvvəlində mənim Sərəncamımla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə böyük təntənə ilə qeyd etmişik. Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır".

İlham Əliyev xatırladıb ki, bu il ölkəmizdə prezident seçkiləri keçirilib: "Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Texnika hazır vəziyyətə gətirildi
Texnika hazır vəziyyətə gətirildi - Anar Nəcəfli
Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza əsasən
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
reklam
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
 
XİA.az - TƏQDİMAT