İlham Əliyev Kubanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Kubanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun etimadnaməsini qəbul edib.

Səfir Alfredo Nieves Portuondo fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Alfredo Nieves Portuondo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Kuba inqilabının rəhbəri Fidel Kastronun vəfatı ilə bağlı bir daha Azərbaycan xalqı adından başsağlığı verdi və bu hadisənin ölkəmizdə dərin kədər hissi ilə qarşılandığını bildirdi. Azərbaycanda Fidel Kastroya böyük rəğbət bəsləndiyini bildirən Prezident İlham Əliyev Kuba xalqının bu dərin hüzn günlərində Kuba inqilabının rəhbərinin xatirəsinə göstərdiyi hörməti həmrəylik hissinin nümayişi kimi dəyərləndirdi.

Bu gün ölkələrimiz arasında siyasi, humanitar, idman sahələrində artıq yaxşı münasibətlərin formatının qurulduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın Kuba ilə iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artırılmasında və eləcə də səhiyyə sahəsində əməkdaşlıqda maraqlı olduğunu dedi. Prezident İlham Əliyev qeyd etdi ki, turizm sahəsində də əməkdaşlıq üçün yaxşı potensial mövcuddur. Kubada turizm biznesi çox fəal inkişaf edir və artıq bir çox Azərbaycan vətəndaşları Kubaya səfər edir, istirahətə gedir. Biz istəyirik ki, kubalılar da ölkəmizə gəlsin və Azərbaycanla yaxından tanış olsunlar.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir Alfredo Nieves Portuondo Kuba inqilabının lideri Fidel Kastronun vəfatı ilə bağlı başsağlığına, onun xatirəsinə göstərilən ehtirama və Kuba xalqı haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirdi. Ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişaf etdirilməsinin önəminə toxunan səfir bunun üçün yaxşı imkanların olduğunu vurğuladı. O, dövlətimizin başçısını əmin etdi ki, diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafı üçün səylərini əsirgəməyəcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfəri başa çatıb.
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub - FOTO
Ötən gün ölkə ərazisində anormal külək olub. Küləyin güclü olması
818 min dollarlıq dələduzluq
818 min dollarlıq dələduzluq
XİA.az xəbər verir ki, 55 yaşlı E.Ramazanov hüquq-mühafizə orqanlarına
reklam
Zərərçəkən:
Zərərçəkən: "Akif Çovdarov məni döyməklə və həbslə hədələyib" - YENİLƏNİB
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran miqyaslı hərbi-dəniz qüvvələri təlimləri çərçivəsində yeni “Nasr”
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtı Moqadişoda güclü partlayış olub. Hadisənin səbəbləri
 
XİA.az - TƏQDİMAT